AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
17 yanvar 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası baş tutub.
İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı partiyanın hazırlıq işlərinə toxunub. O, şəhidlərimizin ziyarət edilməsi və anım mərasimlərinin təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib. Sədr vurğulayıb ki: ”Şəhidlərimizin şəhadətinin 36-cı ildönümündə onların xatirəsinin yüksək səviyyədə anılması hər bir vətəndaşımızın mənəvi borcudur.” İclasın gedişatında AMİP Səbail rayon təşkilatının sədri Vidadi Bəşirovun 75 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib. Millət vəkili Arzuxan Əlizadə yubilyarı səmimi qəlbdən təbrik edərək, ona partiya fəaliyyətindəki səmərəli xidmətlərinə görə təşəkkürünü bildirib.Gündəlikdə duran cari məsələlərin müzakirəsi zamanı təşkilati strukturun
təkmilləşdirilməsi məqsədilə kadr təyinatı səsverməyə çıxarılıb.Nizamnaməyə uyğun olaraq partiya sədri Abbasqulu Lətif oğlu Quliyevin namizədliyini AMİP Binəqədi rayon təşkilatının sədri vəzifəsinə irəli sürüb. Siyasi Şura üzvlərinin yekdil səsverməsi ilə o, Binəqədi rayon təşkilatının sədri seçilib.
İclasın sonunda partiyanın qarşıdakı aylar üçün fəaliyyət strategiyası, görüləcək işlər və nəzərdə tutulan siyasi tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.
AMİP Mətbuat Xidməti
18.01.2026.
