Deputatlar yay tətilini harada keçirəcək?
İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası da başa çatdı və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.
İqtisadiyyat.az deputatların tətili harada keçirəcəkləri ilə bağlı sorğu keçirib.
Deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycanda istirahət etməyi düşünür: “Ölkə daxilində Azərbaycanın regionlarından birinə üz tutmağı hədəfləyirəm. Yəni ölkə xaricinə səfər nəzərdə tutulmayıb. Hələ ki, istirahətə çıxmamışam. Sözün açığı, partiyamızla bağlı işlərimiz var. Digər məsələlər də var ki, hələ ki, onların həll olunması gündəmdədir. Amma yaxın zamanda regionlarımızdan birini seçərək bir neçə günlük istirahət etməyi düşünürəm”.