AMİP-30

Deputat və ekspert: Kür sahilində aparılan işlər təhlükə yaratmır

Salyan rayonunun Cəngən kəndi ərazisində, Kür çayının sahilində aparılan torpaq və qum daşınması işləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paylaşımlarda ərazidən qum çıxarıldığı və bunun ekoloji problemlər yarada biləcəyi iddia edilir. Lakin Ekologiya.az-ın apardığı araşdırma zamanı məlum olub ki, sözügedən ərazi dövlət mülkiyyətindədir və burada 2010-cu ildə Kür çayının daşması nəticəsində, dıb cöküntülərin cıxarılması və anbarlaşması nəticəsində bir cox ərazilərdə dövlət mülkiyyətdə olan torpaqlar lil cöküntülü tullantılarınilə cirklənmişdir.

Araşdırma zamanı müəyyən edilib ki, görülən işlər ekoloji tələblər nəzərə alınmaqla icra olunur. Təmizləmə prosesi zamanı ərazinin təbii landşaftına, torpaq qatına və bitki örtüyünə hər hansı ziyan vurulmayıb. Əksinə, illər əvvəl daşqın nəticəsində yığılıb qalmış lil qatının təmizlənməsi torpağın təbii vəziyyətinin bərpasına, ərazinin sanitariya-ekoloji vəziyyətinin yaxşılaşmasına və sahənin gələcəkdə daha səmərəli istifadəsinə xidmət edir. Həyata keçirilən işlər çayın sahilində ekoloji tarazlığın qorunmasına yönəlib və ətraf mühitə mənfi təsir göstərmədən davam etdirilir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə həqiqətən də 2010-cu ildə Kür çayının daşması nəticəsində toplanmış lil qatının təmizlənməsi işləri aparılırsa və bu proses aidiyyəti dövlət qurumlarının nəzarəti altında, ekoloji normalara uyğun həyata keçirilirsə, bu, ətraf mühit üçün ciddi təhlükə yaratmamalıdır:

“Bununla yanaşı, belə fəaliyyətlər zamanı torpaq qatının qorunması, bitki örtüyünə zərər vurulmaması, çay məcrasının təbii balansının pozulmaması və ətraf ekosistemə mümkün təsirlərin mütəmadi monitorinqi təmin edilməlidir. İctimaiyyətdə yaranan narahatlıqların aradan qaldırılması üçün görülən işlər barədə müntəzəm və şəffaf məlumatlandırmanın aparılması da vacibdir. Bu həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də cəmiyyətin dövlət qurumlarının fəaliyyətinə olan etimadının güclənməsinə xidmət edir”.

Deputat deyib ki, çay sahillərində torpaq və qum daşınması ilə bağlı bütün fəaliyyətlər ekoloji ekspertiza, qanunvericiliyin tələbləri və müvafiq icazələr əsasında həyata keçirilməlidir:

“Sahil zolağının təbii quruluşunun pozulmaması, biomüxtəlifliyin qorunması, eroziya və sürüşmə risklərinin minimuma endirilməsi üçün nəzarət mexanizmləri davamlı tətbiq edilməli, zərurət yarandıqda əlavə ekoloji qiymətləndirmələr aparılmalıdır. Bu cür yanaşma həm təbii sərvətlərin qorunmasına, həm də gələcəkdə oxşar ekoloji problemlərin qarşısının alınmasına töhfə verəcək”.