AMİP-30

Bakı İrəvana xəbərdarlıq etməlidir – COP17 ərəfəsində yeni gərginlik riski

Qarabağdan könüllü köçmüş erməniləri COP17 konfransından Bakıya qarşı beynəlxalq təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflər Konfransı (COP17) anti-Azərbaycan platformaya çevrilə bilər.

Bu tədbir ərəfəsində Konfrans ərəfəsində baş verənlər bəzi erməni siyasi və ictimai dairələr tədbirə beynəlxalq diqqətindən sui-istifadə edərək yenə “artsax problemi” ətrafında yalançı hay-küy yaratmaq üçün çalışırlar. Yəni ekoloji problemlərin müzakirəsi üçün təşkil olunan beynəlxalq platformanı Azərbaycanla bağlı birtərəfli siyasi ittihamların səsləndirildiyi meydana çevmək planı var.

Oktyabrın 15-də Qarabağdan köçmüş ermənilər İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiyada iştirak edən keçmiş separatçı qurumun “ombudsman”ı Artak Beqlaryan “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və doğma yerlərinə qayıtmaq məsələsinin COP17 çərçivəsində gündəmə gətirilməsini” tələb edib. Aksiya iştirakçıları Azərbaycanı “mədəni irsin məhvində” ittiham ediblər.

Separatçı tör-töküntülərinin 19-30 oktyabr aralığında ard-arda bu tipli aksiyalar təşkil edəcəyi şübhəsizdir. Azərbaycan Paşinyan hökumətinə bu cür aksiyaların sülh prosesinə zərər vurduğunu bildirərək aksiyaların qarşısının alınmasına çağırmalıdırmı?

Deputat Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İrəvanda oktyabrın 19-dan 30-dək keçiriləcək COP17-ni revanşist ünsürlər öz təxribatları üçün fürsət hesab edirlər. Oktyabrın 15-də keçirdikləri qondarma aksiya sülhə qarşı təxribatlara start verildiyinin siqnalıdır: “Azərbaycanın bu məsələyə münasibəti ilk növbədə diplomatik kanallar vasitəsilə ifadə oluna bilər. Bakı Ermənistan hökumətinin diqqətinə çatdıra bilər ki, beynəlxalq tədbirlərdən Azərbaycan əleyhinə siyasi kampaniyalar aparmaq üçün istifadə edilməsi iki ölkə arasında münasibətlərin normallaşdırılması səylərinə mənfi təsir göstərə bilər.
Bioloji müxtəlifliyə həsr olunan beynəlxalq tədbirin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin qarşısını Paşinyan hökuməti almalıdır. eyni məsələ deyil. Ermənistan hökuməti bu tipli sülhə zərbə vuran təxribatçı aksiyalara imkan verməməlidir. Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların icrası və sülh müqaviləsi istiqamətində irəliləyiş üçün qarşılıqlı etimad mühiti vacibdir. Beynəlxalq tədbirdən Azərbaycana qarşı sui-istifadə iki ölkə arasında siyasi dialoqu çətinləşdirə bilər”
.