AMİP-30
a

Author: admin_amip

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan sabiq PA rəhbəri “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb. Məlumata görə, A.Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib. Bildirilir ki, A. Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb. O da məlumdur ki, kiməsə elə-belə bu qədər mükafat verilmir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan yeni “Uşaq hüquqları haqqında” qanun layihəsi uşaqların fiziki, psixi və sosial rifahının qorunmasını əsas prioritet kimi müəyyən edir. Layihədə valideynlərin və onları əvəz edən şəxslərin uşaqları dilənçiliyə və avaralığa cəlb etməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilir. Eyni zamanda, uşaqlara alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satışı qadağan olunur. Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması hər bir dövlətin

İsrail Müdafiə Qüvvələri(İDF) 31 yanvar və ya 1 fevralda ABŞ-ın İrana mümkün hücumuna hazırlaşır. Bu barədə "The War Zone" nəşrinin yüksək vəzifəli İDF rəsmisinə istinadən məlumat verib. Ordu rəsmisi Vaşinqtonun planlarının dəyişə biləcəyini və hər şeyin bir nəfərin qərarından asılı olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampı nəzərdə tutub. İsrail hakimiyyəti xarici aviaşirkətlərə 31 yanvar və 1 fevralda səmada "yüksək risk" olacağını bildirib. Mənbələr "Middle East Eye"yə bildiriblər ki, ABŞ bu həftə İrana hücum edə bilər. Mənbələr hücumun vaxtının dəyişə biləcəyini vurğulayıblar. İddia edirlər ki, hədəf

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfər planlaşdırmasını, Tiflisi proqramdan kənarda saxlamasını belə izah edib. Baş nazir bildirib ki, vitse-prezidentin səfəri “TRIPP marşrutu” (Zəngəzur dəhlizi) ilə əlaqəlidir və bu baxımdan əsas ölkələrin Ermənistan və Azərbaycan olması məntiqlidir. O, Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığın bərpasına hazır olduğunu və Vaşinqtondan bu istiqamətdə konkret addımlar gözlədiklərini qeyd edib. O da məlumdur ki, Gürcüstanın ABŞ-la münasibətləri, Avropa İttifaqı ilə olan qədər gərgin deyil. Üstəlik, 2024-cü ildə ABŞ-da prezident seçkiləri kampaniyası dövründə Gürcüstan hakimiyyətinin Trampdan

“Səfirliyimizi qoruyan mühafizəçilərimizin qəhrəmanlığı, cəsurluğu olmasaydı terrorçu Yasin Hüseynzadə orada böyük qətliam həyata keçirəcəkdi”. Bu barədə AMİP sədri, deputat Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında bildirib. O qeyd edib ki, 2023-cü ilin 27 yanvarında Tehrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumunun analizindən və videogörüntülərdən İran tərəfinin bu hadisənin qarşısının alınması üçün heç bir tədbir görmədiyi aydın olmuşdu. Səfirliyin binası qarşısındakı polisin gözləri qarşısında terrorçu öz cinayət əməlini həyata keçirmişdi: “Bu, əvvəlcədən planlaşdırılmış bir terror aktı idi. Terrorçunun silahla peşəkar davranması da göstərdi ki, o, xüsusi hazırlanmış adamdır. Sonradan da

"Məlumdur ki, Azərbaycan Prezidenti Davos İqtisadi Forumunda iştirak etmişdir və bu platformada mütəmadi iştirakımız Azərbaycanın iqtisadi inkişafında, eləcə də dövlətlərarası iqtisadi münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Davosda keçirilən tədbir çərçivəsində Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla ikitərəfli görüşü də baş tutmuşdur. Yanvarın 22-də keçirilən bu görüş zamanı bir sıra mühüm məsələlər müzakirə edilmişdir: "Mətbuata verilən məlumatlardan da məlumdur ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlıqla bağlı sənəd hazırlanmaqdadır və ötən

Prezidentin regionda dəyişən güc balansı ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın siyasi strategiyasında prioritetlərin yenidən müəyyənləşdirildiyini göstərir. Bu yanaşma beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər fonunda ölkənin milli maraqlarını daha effektiv şəkildə qorumaq məqsədi daşıyır. Prezidentin çıxışlarında Azərbaycanın müstəqil siyasət yürütmək əzmi, suverenliyinin və ərazi bütövlüyünün təmin olunması əsas xətt kimi vurğulanır. Eyni zamanda regional təhlükəsizliyin möhkəmləndirilməsi, strateji tərəfdaşlıqların balanslı şəkildə inkişaf etdirilməsi və iqtisadi-siyasi təsirin artırılması Azərbaycanın xarici siyasətində ön plana çıxan əsas istiqamətlər kimi təqdim olunur. Bu fikirlər ölkənin regionda formalaşan yeni

“Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan keyfiyyət dəyişikliyi sıradan diplomatik aktivlik deyil, qlobal güc balansının dəyişdiyi bir mərhələdə Azərbaycanın öz yerini və rolunu qətiyyətlə müəyyənləşdirməsinin nəticəsidir. Bu mərhələ ikitərəfli əlaqələrin formal tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə xarakterizə olunur və bu, təsadüfi deyil. Bu gün dünya köhnə beynəlxalq nizamın dağılması, beynəlxalq hüququn selektiv tətbiqi və güc amilinin açıq dominantlığı fonunda yeni geosiyasi reallıqlarla üz-üzədir. Belə bir şəraitdə Vaşinqtonun Bakı ilə münasibətləri prioritet istiqamətə çevirməsi ABŞ-ın bölgədə əvvəlki qeyri-müəyyən və ziddiyyətli siyasətindən imtina etdiyini göstərir.

Pensiya yaşına çatan şəxslərin əmək bazarında qalması insanlar tərəfindən birmənalı qarşılanmır. Bir çox iş yerlərində 65 yaşdan etibarən pensiyaya çıxmaq zəruri sayılsa da, bəzən müddət şəxsin 70 yaşı tamam olana qədər uzadıla bilir. Gənclər belə halların onların iş tapmasında çətinlik yaratdığını düşünür. Bir çox mütəxəssislər isə yaşlı kadrların gənclərə  təcrübə qazandırdığını bildirir. Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, pensiya yaşına çatmış şəxslərin, eləcə də bəzi hallarda əmək müqaviləsi uzadılan işçilərin müəyyən müddət işdə qalması gənclərə təcrübənin ötürülməsi baxımından olduqca vacib amillərdən biridir: "Gənc mütəxəssislərin