AMİP-30
a

Author: admin_amip

Bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün əlverişli imkan yaranıb. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror tədbirləri nəticəsində regionda 30 ildən çox davam edən münaqişənin bitməsi, Ermənistanın Qarabağ daxil olmaqla ərazi bütövlüyümüzü tanıması, qondarma qurumun özünü buraxması sülh sazişinin imzalanmasını yaxınlaşdırır. Lakin regionda marağı olan Fransanın aktivləşməsi onu göstərir ki, rəsmi Paris bölgədə sabitliyin yaranmasında maraqlı deyil. Bu da Fransanın ənənəvi imperiya siyasətinə əsaslanır. Çünki Fransanın müstəmləkəçi siyasəti tarixən sülh və əminamanlığın təmin olunmasında yox, müharibə,

“Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf, birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı deyib. Qeyd edək ki, Azərbaycan müstəqil olduqdan sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Rəsmi Bakı illərdir ki, aparıcı beynəlxalq təşkilatlar və xarici dövlətlərlə yaxşı müasibətlər qurmağa nail olub.  Beynəlxalq aləmdə dost adlandırdığımız ölkələrin sayının çox olması da buna real nümunədir. Məhz bunun məntiqi nəticəsidir ki, müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli

Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Missiyanın gəlişi ilə bağlı aşağıdakı məsələlər bir daha gündəmə gəldi: 1. Azərbaycan şəffaflığı təmin etdi və bir daha xoş niyyətini, humanistliyini nümayiş etdirdi və göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur. 2. Azərbaycan erməniləri çıxartmır, onlara hər hansı təzyiq göstərilmir, onlar öz xoşları ilə gedirlər. 3. Onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. 4. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiq

Etiraf edilməlidir ki, Prezident İlham Əliyev Qarabağ problemini kökündən həll etməklə Azərbaycana böyük uğur qazandırıb. Təbii, bu məsələdə ordunun da rolu danılmazdır. Bu, həm də böyük diplomatik qələbədir ki, dünya gücləri Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul edir. Bütün bu proseslərə bilavasitə İlham Əliyev rəhbərlik edib. Ancaq maraqlıdır ki, radikal müxalifət bunu dilə gətirmək istəmir. 44 günlük qələbəni əldə edəndə məhz onlar deyirdi ki, qələbəmiz yarımçıqdır: çünki  Xankəndi, Əsgəran, Ağdərə, Xocalı yoxdur. İndi hamısı var, ancaq radikal müxalifətin yenə etirafı yoxdur. Bəyəm göz qabağında olan bu

Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib. Belə ki, Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər. Beləliklə, Rusiya rəhbərliyinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə salınıb. Ermənistanın bu addımından sonra Rusiya Xarici İşlər Nazirliyinin reaksiyası gecikməyib. Rusiya XİN-i bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statutla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb.