AMİP-dən bəyanat: “İlham Əliyev qalib gəlib”
Azərbaycan Milli İstiqlal Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.Bəyanatda deyilir: "Azərbaycan Milli İstiqlal Partiyası növbədənkənar Prezident seçkiləri elan olunduqdan dərhal sonra seçkilərdə iştirakla bağlı məsələni Partiya daxilində ətraflı müzakirəyə çıxarıb. AMİP Siyasi Şurası 15 dekabr 2023-cü il tarixdə müzakirələri yekunlaşdırmaqla müvafiq Qərar qəbul etmiş və 7 fevral 2024-cü il Prezident seçkilərində Partiyanın öz namizədi ilə iştirakı məqsədəuyğun hesab edilməsə də çoxsaylı partiya üzvləri tərəfindən seçkiləri müşahidə missiyasının həyata keçirilməsi qərara alınıb. Partiyanın ölkə üzrə yerli rayon təşkilatlarının verdiyi məlumatlara əsaslanaraq, o
Afsəddin Nəbiyev: “Bu, Rusiyanın Ermənistanı hələ də özünün bir əyaləti hesab etdiyini nümayiş etdirir”
Məlum olduğu kimi, Rusiya və Ermənistan arasında münasibətlər yenə gərgin mərhələdə qalmaqda, eyni zamanda tərəflər üçün yeni qalmaqallar yaranmaqdadır. Buna səbəb bu günlərdə İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin vandalizmə məruz qalması olub. Məsələyə Moskva sərt reaksiya verib. Erməni mediasında baş verənlərlə əlaqədar Rusiyada cinayət işinin açılması hiddətlə qarşılanıb: “Kütləvi informasiya vasitələrində “Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib” xəbərləri yayılıb. Dayanın! Bastrıkin və onun
Arzuxan Əlizadə: “Bütün bu oyunlar Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına hesablanıb”
Bu günlərdə həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də bu ölkənin XİN rəsmisi Mariya Zaxarova bəyan ediblər ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası bölgədə gərginliyi artırır, Moskva-İrəvan münasibətlərini pozur. O cümlədən, sülhə, təhlükəsizliyə heç bir töhfə vermirlər və onlar regionda əlavə gərginlik mənbəyidir. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan rəsmiləri Aİ mülki missiyası ilə mütəmadi təmasdadılar, tez-tez görüşlər keçirilir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib. Görüşdə Aİ-nin mülki müşahidə missiyasının fəaliyyəti müzakirə edilib. Hətta mülki missiyanın
Almaniyanı Azərbaycana qarşı oyuna kimlər qoşub?
“Almaniya hər zaman Azərbaycana qarşı qərəzli və riyakar mövqe sərgiləyib”. Bu sözləri politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında Almaniyanın Fransanın anti-Azərbaycan siyasətinə qoşulub-qoşulmayacağı ilə bağlı suala cavablandırarkən bildirib. O bildirib ki, Almaniya və Fransa Azərbaycana münasibətdə eyni mövqeni bölüşür: “Əvvəllər, Almaniyanın Azərbaycana geosiyasi baxışı daha çox qarşılıqlı əməkdaşlığa əsaslanırdı. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi Almaniyaya müsbət perspektivlər vəd edirdi. Amma təəssüf ki, son zamanlar Almaniyanın Azərbaycana münasibətdə düzgün və doğru strateji və taktiki addımların atmadığını görürük. Biz buna Almaniyanın Baş naziri Olaf Şolsun Azərbaycana