Fransa istənilən formatda vasitəçi kimi bölgəmizə qayıtmaq şansını itirdi…
Afsəddin Nəbiyev: “Biz sülhə Fransa olmadan nail olacağıq”
“Baydenin “təbrik məktubu” Azərbaycan əleyhinə açıq mətnlə yönəlmiş növbəti təxribatın əsasını qoymuş oldu”
Birləşmiş Ştatlar prezidenti Cozef Bayden Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib. Məktubda Bayden Paşinyanın demokratiyaya sadiqliyini tərifləyib: “Siz korrupsiyaya qarşı mübarizəni davam etdirdiyiniz, hesabatlı institutları inkişaf etdirdiyiniz, qanunun aliliyi və insan hüquqlarına hörməti gücləndirdiyiniz zaman ABŞ Ermənistanın yanındadır”.
Bayden Qarabağın əhalisi əvəzinə “Dağlıq Qarabağ xalqı” ifadəsini niyə işlətdi…
Afsəddin Nəbiyev: “Bu, daha çox, “məzlum erməni xalqı” obrazı görüntüsünü yaratmağa hesablanmış növbətii addımlardan biridir”
Afsəddin Nəbiyev: “Rusiya sülhün bərqərar olmasını istəsəydi, proses bu qədər uzana bilməzdi”
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə qeyd edib ki, gərginliyin artmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir.
Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törədərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalaması ölkəmizin ərazisinə və suverenliyinə qarşı növbəti təcavüz aktıdır
AMİP Gənclər Təşkilatının üzvləri İsveçdə səfərdə olmuşlar
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının üzvləri cari ilin 23-30 sentyabr tarixlərində İsveçin Nyu-Moderat partiyasının dəvəti və Jarl Hjalmarson fondunun dəstəyi ilə İsveç Krallığında səfərdə olmuşlar.
Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya nota verilməlidir”
27 avqustda Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib.
Partiya sədri: “Hər iki dövlətin səfirlərinə sual verilməlidir ki, ərazi bütövlüyünü tanımadıqları ölkədə nə işləri var?”
“Şuşa şəhərində Beynəlxalq konfrans keçirilib. Bir çox aparıcı dünya dövlətlərinin Azərbaycanda akreditasiya olunmuş səfirləri və səfirliklərin işçiləri, ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayədəliklərinin rəhbərləri və işçiləri, hərbi attaşelər də daxil olmaqla, 160-dan çox diplomat iştirak edib. Bu, onların işğaldan azad olunmuş ərazilərə ilk səfərləri deyildi. Xarici diplomatlar ilk səfərlərdə ərazilərimizin ermənilər tərəfindən hansı vandallığa uğramasının, hansı vəziyyətə gətirilməsinin şahidi olmuşdularsa, bu dəfə həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar. Bu səfərdə xoşagəlməyən hadisə odur ki, ABŞ və Fransa səfirləri bu