AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin müşaviri

Nazim Samkamal oğlu Bayramov

Nazim Samkamal oğlu Bayramov

Nazim Samkamal oğlu Bayramov 31 iyul 1963-cü ildə Qusar rayonunda anadan olub.

1978-ci ildə Bakı Dəmir Yolu Nəqliyyat Texnikumunda (Hazırda Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Rabitə və Nəqliyyat Kolleci) təhsil alıb.

Hal-hazırda Azərbaycan Dəmir Yolları Yalama stansiyasında əmək fəaliyyətini davam etdirir.

1992-ci ildən AMİP üzvüdür. Nazim Bayramov Azərbaycanın müstəqilliyi uğrunda başlanan hərəkata qoşularaq fəallığı ilə seçilmişdir. Partiyanın rayon təşkilatının formalaşmasında, ilk özəklərin qurulması işində yaxından iştirak etmişdir. Müxtəlif illərdə Dairə Seçki Komissiyasında, Məntəqə Seçki Komissiyasının üzvü olmuşdur. Partiyanın əksər Qurultaylarına nümayəndə seçilmişdir.

2020-ci ildən Partiyanın XI Qurultayında nizamnaməyə uyğun olaraq AMİP sədrinin müşaviri seçilmişdir.

Ailəlidir 3 övladı var.