AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü

Xanmirzə Xanbala oğlu Məlikəliyev

Xanmirzə Xanbala oğlu Məlikəliyev

Xanmirzə Xanbala oğlu Məlikəliyev 21 mart 1954-cü ildə Bakı şəhərində anadan olub.

1971-ci ildə Səbail rayonu 190 nömrəli məktəbi bitirdikdən sonra 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyə İnstituna daxil olub. 1976-cı ildə həmin institutu bitirib.

1969-cu ildən güləş idman növü ilə məşğul olur. 1976-cı ildən yunan-roma güləşi üzrə SSRİ idman ustasıdlr. Sovet Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra 1978-ci ildən yunan-roma güləşi üzrə Kasparın “Vodnik” idman cəmiyyətində məşqçi-müəllim vəzifəsində 12 il çalışıb, həmin növdən 5-nəfər SSRİ idman ustası hazırlayıb onlardan biri Bərdə Batalyonun komandiri Elçin Əliyev 100 kq çəki dərəcəsində mötəbər tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edib.

1989-93-cü ilə qədər Bakı İdman Komitəsində bütün güləş növləri üzrə baş təlimatçı vəzifəsində çalışıb.

1992-ci ildə müstəqil Azərbaycan Dövlətinin idman növləri üzrə 1-ci Beynəlxalq dərəcəli hakimi olub.

1993-cü ildə Azərbaycan Güləş Federasıyasının Prezidenti Etibar Məmmədovun rəhbərliyi altında federasiyanın Baş Katibi vəzifəsində çalışmış, 2008-ci ıldə federasiyanın digər rəhbərliyi tərəfindən tutduğu vəzifədən haqsız olaraq çıxarılıb.

2017-ci ildən əməkli təqaüdçüdür.

1993-2014-cü ilə qədər güləşin respublika üzrə nəzəri və praktiki seminarlarını auditoriyalarda praktiki təlimlərini keçib. 88 səhifəlik “güləş” qanun-qaydalarının müəllifidir.

1995-ci ildən AMİP-in üzvüdür. 2005-ci ildə Yasamal Bələdiyəsinə və 2010-cu ildə Yasamal 16-cı dairəsində Milli Məclis üzvlüyünə namizəd olub.