AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü

Teyyub Eyyub oğlu İsmayılov

Teyyub Eyyub oğlu İsmayılov

Teyyub Eyyub oğlu İsmayılov 21.04.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1980-1985-ci ilərdə Azərbaycan Politexnik İnstitutununun Mühəndis mexanik-texnoloq fakültəsini, 1985-1986-cı illərdə Bakı İxtira və Səmərələşdirmə İnstitutunun İxtira və Səmərələşdirmə kursunu (BİSİ), 1990-1991-ci illərdə Bakı Dövlət Universitetinin ingilis və türk dilləri üzrə kursunu müvəffəqiyyətlə bitirmişdir.

1988 – ci ildən başlayaraq Azadlıq hərəkatına qoşularaq Azərbaycanın ictimai-siyasi həyatında mübarizliyi ilə seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası yarandığı gündən partiyanın sıralarına qoşularaq, partiyanın quruculuq işlərində aktiv fəaliyyət göstərmişdir.

1982-ci ildən əmək fəaliyyətinə başlayan Teyyub İsmayilov, müxtəlif idarə müəssisə, şirkətlərdə Mühafizəçi, Növbə rəisi vəzifəsindən tutmuş, Departament Direktoru vəzifəsinə qədər yüksəlmişdir.

Ailədir, 3 övladı var.