AMİP-30
a

Kateqoriyasız

20 Yanvar faciəsinin dünyaya çatdırılmasında mülki dənizçilərin misilsiz müqaviməti 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi və dinc əhaliyə qarşı törədilən qanlı qırğın Azərbaycanın tarixində silinməz iz buraxdı. Həmin gün şəhərin rabitə vasitələri kəsilmiş, televiziya bloku partladılmış, Bakı faktiki olaraq informasiya blokadasına alınmışdı. Ölkə daxilində baş verənləri dünyaya çatdırmaq son dərəcə çətin idi. Məhz belə ağır və ümidsiz görünən bir məqamda Xəzər dənizində üzən 120 Azərbaycan mülki gəmisi tarixi məsuliyyət daşıyan qərar qəbul etdi. Dənizçilər öz aralarında “Fövqəladə Vəziyyət” elan edərək sovet rejiminin

13.08.2026-cı il taricində Ağsu rayonunun Bico kəndindən olan, Birinci Qarabağ müharibəsində şəhid olmuş və uzun illər itkin kimi axtarılan Sənan Köçəri oğlu Səfərovun anım mərasimi keçirilib. Tədbirdən əvvəl şəhidin yaşadığı ev ziyarət olunub, daha sonra Ağsu şəhərində yerləşən Şəhidlər Kompleksinə baş çəkilib və şəhidlərin əziz xatirəsi yad edilib. Anım mərasimində AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə, AMİP funksionerləri, şəhidin ailə üzvləri, sinif və döyüş yoldaşları, qazilər, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər. Çıxışlarda Sənan Səfərovun

26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Bu tarix təkcə Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü deyil, eyni zamanda, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, tarixi ədalətin bərpasının və Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi də bu tarixi hadisənin milli yaddaşımızdakı xüsusi yerini təsdiqləyir. Laçının tarixi Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin ayrılmaz hissəsidir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin

Hörmətli, Rauf bəy! Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Siz Azərbaycanın ictimai-siyasi həyatında fəal və prinsipial vətəndaş mövqeyinizlə, o cümlədən müstəqillik dövrü milli mətbuatımızın inkişafına əhəmiyyətli tövhələr vermiş parlaq bir imza sahibi olaraq tanınır və yüksək qiymətləndirilirsiniz. Azərbaycan milli-azadlıq hərəkatının ön sıralarında başlayan mübarizə yolunuz, "Yeni Müsavat"ı yaratmaq və 37 il ərzində ölkənin bu aparıcı media qurumuna rəhbərlik etmək kimi şərəfli bir missiya ilə davam etməkdədir. Azərbaycan mətbuatının çətin, lakin çətin olduğu qədər də şərəfli mərhələlərindən keçərək formalaşdırdığınız peşəkarlıq məktəbi isə bu gün də gənc jurnalistlər nəsli

Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər! ​Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası adından samimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və tükənməz yaradıcılıq əzmi arzulayırıq. ​1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 il ərzində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında və maarifçiliyin inkişafında, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Mətbuat tariximizin şərəfli yolu bir daha

Son illər sosial şəbəkələrin sürətli informasiya axını media mühitində  xəbər istehsalının xarakterini də dəyişib.  Operativlik uğrunda rəqabət bəzi hallarda xəbərlərin kifayət qədər araşdırılmadan yayımlanmasına, təsdiqlənməmiş iddiaların şişirdilərək təqdim edilməsinə və hadisə ilə birbaşa əlaqəsi olmayan şəxslərin və ya dövlət qurumlarının hədəfə çevrilməsinə səbəb olur.Rəhbər şəxslərinin fotolarından istifadə edilməsi müzakirələrə yol açır. Bu yanaşmanın ictimai rəyə, dövlət qurumlarına inama və medianın etibarlılığına təsiri ilə bağlı suallar gündəmdədir. Bu barədə Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Ekologiya.az-a açıqlamasında deyib ki, bəzən

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Şurasından (AŞ) tam çıxmağı nəzərdən keçirir. İlham Əliyev Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəsin bunu hiss etməyəcəyini bildirib: “Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”. Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasında vaxtı ilə başqa bir mənzərə vardı: "Mən təəssüf edirəm ki, belə bir hal baş verib. 2023-cü ildə

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik Azərbaycan Milli İstiqlal Partiyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, zabit və gizirlərimizi, əsgərlərimizi, ehtiyatda olan hərbçilərimizi, eləcə də hərbi xidmət keçmiş bütün vətəndaşlarımızı ürəkdən təbrik edir!108  il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Şanlı Ordumuzun keçdiyi zəfər yolu, qazandığı tarixi nailiyyətlər və nümayiş etdirdiyi yüksək peşəkarlıq hər bir azərbaycanlının qəlbində sonsuz fəxr hissi doğurur. Bu əlamətdar gündə