“Bizə “avtobus müxalifəti” deyənlər, özünüz hansı CİBdən çıxmısız?” – VİDEO
TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub. Arzuxan Əlizadə siyasi partiyalarla bağlı yeni qanunun qəbulu ilə bağlı danışıb. O, bildirib ki, özünü radikal müxalifət kimi tanıdan az sayda partiya var ki, bu prosesi pislədilər, əslində isə həmin güclər illər ərzində hakimiyyətə gəlmək uğrunda deyil, müxalifət arasında birincilik uğrunda mübarizə aparıblar. Ətraflı videoda: https://www.youtube.com/embed/RxAAi3Yvn6o
AMİP qeydiyyata alındı – partiya sədri yeni hədəfləri açıqladı
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a məlumatı təsdiqləyib. O, xatırladıb ki, əvvəlki qanun 30 il öncə qəbul edilmişdi buna görə də yeni qanunun qəbul edilməsi zəruri idi: “Bu proses siyasi partiyalara özünü təftiş etmək üçün fürsət yaratdı. Yerli təşkilatları yenidən siyahıya aldıq. AMİP 7200 nəfərlik siyahı təqdim etmişdi, ikinci mərhələdə 5875 nəfərlə qeydiyyatdan keçdik. Partiyamız köklü partiya olduğu üçün üzvümüz daha çoxdur. Ümumiyyətlə, bu proseslə bağlı siyasi cameədə uzun müddət danışıqlar gedib. Azərbaycan siyasi tarixində ilk dəfə partiyalar Milli
Humanitar yardım erməniləri dəyişdirməyəcək – Politoloq
Bu dəfə revanşist rejimin əsarətində olan ermənilərə çörəklə uzatdığımız əlin necə qarşılanacağı və bu humanist addımın erməni xalqında hansı hissi doğuracağı sualı ilə qarşı-qarşıyayıq. Bakıdan Xankəndidə yaşayan erməniəsilli sakinlər üçün Ağdam yolu ilə göndərilən humanitar yük separatçı erməni ruhunu yumşalda biləcəkmi? Maraqlıdır, Azərbaycanın ermənilərə humanitar yardımı regiona nə vəd edir? Politoloq Rəşad Bayramov bildirir ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərə göndərdiyi humanitar yardım erməni iddialarında hər hansı dəyişikliyə səbəb olmayacaq. Onun fikrincə, separatçı rejim Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyəcək. Politoloq hesab edir ki, Azərbaycan bu addımla
Afsəddin Nəbiyev: “Qarabağda növbəti “prezident seçkiləri” oyununa qətiyyən imkan vermək olmaz”
Qarabağdakı qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (Tvitter) sosial şəbəkəsindəki səhifəsində yazıb. Daha sonra Prezidentinin köməkçisi bunları qeyd edib: “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin tədarük etdiyi buğda unundan mənşəyinə (Azərbaycan) görə imtina qanunsuz marionet rejimin dəstəklədiyi irqçiliyin təzahürüdür. Azərbaycan artıq öz öz ərazisində “boz” nəzarət olunmayan zonanın olmasına göz yuma bilməz. Qanunsuz rejim ləğv olunmalı və tərksilah edilməlidir”. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli
Sülh danışıqları dayandırılır? – ŞƏRH
“Azərbaycan qalib ölkə olaraq qlobal dünyada sülh təşəbbüskeşliyi ilə çıxış edən bir ölkədir. Bu baxımdan ölkəmiz hər zaman qlobal və regional sülhə sadiq olub”. Bu sözləri politoloq Rəşad Bayramov Cebhe.info-ya şərhində Fransanın təxribatı və beynəlxalq təzyiqlərin gücləndiyi bir zamanda Azərbaycanın sülh danışıqlarından imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın sülh danışıqlarından imtina etməsi qeyri-mümkündür: \ “İstər Birinci Qarabağ müharibəsində, istərsə otuz illik atəşkəs zamanı, istərsə də İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan daim öz sülh təşəbbüslərini nümayiş etdirib. Son üç il ərzində Azərbaycanın
Arzuxan Əlizadə: “Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmasını Rusiyaya bağışlaya bilmirlər”
Ermənilər Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiya keçiriblər. Etirazçılar səfirliyin nümayəndəsindən əvvəllər Azərbaycan bayrağını təhqir edən üç erməninin saxlanılması ilə bağlı sualları cavablandırmağı tələb ediblər. Suallarına cavab tapmayan etirazçılar İrəvandakı Rusiya səfirliyi yaxınlığında yolları bağlamağa başlayıblar. Bütövlükdə, son vaxtlar Ermənistanda anti-Rusiya ovqatı daha çox özünü göstərir. Əsas motiv də Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Ermənistanı daha çox özündən çıxaran hal ondan ibarətdir ki, Qarabağda sülhyaratma missiyasını yerinə yetirən Rusiya və daha çox onun mediası, siyasiləri “problem”ə diqqət yetirmir. Ermənistan mediasında dərc olunan materiallarda Rusiya mediasının
Afsəddin Nəbiyev: “İranın bu koalisiyaya qoşulması təbii bir proses deyil, onun tərəqqipərvər dünyadan təcrid olunması ilə bağlıdır”
Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasını (CAR) birləşdirən BRİKS təşkilatı genişləndiyini elan edib. CAR Prezidenti Siril Ramafosa təşkilatın Yohannesburq sammitində elan edib ki, yanvarın 1-dən Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Efiopiya, Misir və Argentina də qurumun sıralarına qatılır. Söhbət Yaxın Şərq, Afrika və Latın Amerikasının nəhəng dövlətlərindən gedir. Beləliklə də, BRİKS -in rəsmən 11 üzv dövləti olacaq. Ancaq artıq yeni üzvlər qoşulandan sonra qrupun necə adlanacağı bəlli deyil. Göründüyü kimi, BRİKS-in CAR-da keçirilən sammitində bir neçə ölkənin bu təşkilata üzv olmasına qərar verilib. O cümlədən,
Azərbaycan-Özbəkistan müsasibətlərinin inkişafı türk dünyasının da maraqlarına uyğundur – ŞƏRH
Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Bu da da təbiidir, çünki biz ortaq tarixi, dini və və mədəniyyəti bölüşməklə yanaşı eyni kökə malik xalqlarıq. Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra münasibətlər bir qədər də inkişaf edib, 1995-ci ildə iki ölkə arasında rəsmi diplomatik əlaqələr qurulub və o zaman mərhum prezidentlər Heydər Əliyev və İslam Kərimov arasındaki dostluq münasibətləri iki dövlət və iki xalq arasındaki münasibətlərin bir qədər istiləşməsinə gətirib çıxarıb və bu bu ənənə Azərbaycan Prezidenti
Ermənistana verilən vaxt başa çatdı: “Erməni silahlıları və separatçıları…”
İrəvan Bakıya sülh sazişi üzrə yeni təkliflər təqdim edib. Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında "Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında yeni təkliflərimizi Azərbaycan tərəfinə vermişik" deyib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakivaxti.az-a açıqlamasında deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, guya İrəvan sülh tərəfdarıdır. Partiya rəhbərinin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, guya İrəvan sülh tərəfdarıdır: "N.Paşinyan mütəmadi sülh təkliflərini gündəmə gətirməklə göstərir ki, guya Ermənistan danışıqlardan qaçmır, müzakirələrə açıqdır. Təbii ki, İrəvanın
Müxalif partiya sədri Rasim Balayev haqqında görün nələr dedi! “Sanki ermənilər…” – VİDEO
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə TV Müsavat-ın canlı efirində Emil Salamoğlunun qonağı olub. Belə ki, Arzuxan Əlizadə aktyor Rasim Balayevdən danışıb. O, qeyd edib ki, RasimBalayev Prezidentləgörüşüb, jurnalist soruşur ki, problemləri niyə Prezidentə çatdırmayıb. Sosial şəbəkələrdə də hay-həşir qaldırıblar. Ətraflı: https://www.youtube.com/embed/BESYPV6u4eI