AMİP-30
a

Dekabr 2024

Ermənistanın köhnə formata qayıtmaq cəhdləri; Bakı ermənipərəst administrasiyanın vasitəçiliyindən imtina etməklə “sülh imitasiyası”na imkan vermədi Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öncədən anons da etmişdi: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT Nazirlər Şurası çərçivəsində görüşü planlaşdırılmır”. “Yeni Müsavat” xatırladır ki, iki ölkənin rəsmiləri sülh sənədinin təxminən 90 faizinin artıq razılaşdırıldığını bildiriblər. 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti çərçivəsində görüş zamanı isə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan XİN başçılarına danışıqlarını intensivləşdirmək və sülh müqaviləsinin imzalanmasını tezləşdirmək tapşırığı

Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə müavini Elşən Mustafayev 3-7 dekabr 2024-cü il tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumunda iştirak edirlər. Partiya sədri , millət vəkili Arzuxan Əlizadə bildirib ki , Beynəlxalq Demokrat İttifaqının Vaşinqton Zirvəsi davam edir. Bu gün müzakirə mövzusu olan məsələlərdən biri də Ukraynada baş verənlər və Moldovadakı son seçkilər idi. Fasilədə Ukraynanın 5-ci Prezidenti Petro Paroşenko ilə, həmçinin bir neçə il əvvəldən səmimi münasibətlərimizin formalaşdığı Moldova Baş

Birləşmiş Ştatların Bakıdakı 11-ci səfiri əvvəlkilərdən nə ilə fərqləndi ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətindən istefa verib. O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır. Səfir vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”. Mark Libbinin diplomatik fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin ən kritik dövrünə təsadüf edib. O, həm də Şuşa ilə bağlı qalmaqallı açıqlama verməsinə rəğmən Azərbaycanın mədəniyyət paytaxtına gedən ilk səfir kimi tarixdə qalır. M.Libbi

Məlum olduğu kimi, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub.  Bu arada Gürcüstana müxtəlif təzyiqlər artıb. Gürcüstanın bir sıra ölkələrdə səfirləri istefa verib. İkincisi, Estoniya, Latviya, Litva və Kanada Gürcüstanda etirazların dağıdılmasına qatılanlara qarşı sanksiyalar tətbiqinə razılaşıb. Sanksiyalar 11 gürcü rəsmisini, o sıradan ölkənin Daxili işlər naziri Vaxtanq Qomelauri və müavinlərini, eləcə də “Gürcü Arzusu”nun fəxri

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə olub. O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün görülən işlərdən, atılan addımlardan, keçirilən görüşlərdən söhbət açıb. Bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan, kapitulyasiya aktına imza atan işğalçı Ermənistan dövləti Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Millət vəkilinin sözlərinə görə, Ermənistan öz konstitusiyasında, digər hüquqi və siyasi aktlarda

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə  müavini Elşən Mustafayev 3-7 dekabr 2024-cü il tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumunda iştirak etmək məqsədilə səfərə yola düşürlər. Forum ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demoktat İttifaqı (ing.-İDU) və ABŞ Liderlər İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Tədbir çərçivəsində 3 gün ərzində keçirilən panellərdə dünyanı hazırda narahat edən bir sıra məsələlər, o cümlədən Beynəlxalq Təhlükəsizlik, İmmiqrasiya, Latın Amerkasında imkanların dəstəklənməsi, ABŞ prezident seçkilərinin

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə son günlər sosial şəbəkələrdə qadın həbsxanasında vəziyyətin acınacaqlı olması, qadın məhbusların keyfiyyətsiz məhsullarla təmin edilmələri barədə yayılan iddialara münasibət bildirib.  Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, vəziyyətlə bağlı sahəyə yaxın şəxslərdən maraqlanıb, dəqiqləşdirmələr aparıb.  “Bir neçə il bundan əvvəl qadın həbsxanasına tədbirdə iştirak məqsədilə getmişdim. Həbsxanada qadınların xalça toxuculuğu və digər əl qabiliyyətləri ilə bağlı əməyə cəlb olunduqlarını müşahidə etdim. Qadın məhbusların bir çoxları ilə söhbətlərimiz də oldu. O zaman narazılıq ifadə edən olmamışdı. İndi də maraqlandım. Hazırda

G7 ölkələrinin liderləri çətin seçim qarşısında qalıb: Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderi icra etmək, yaxud Yaxın Şərqdəki münaqişənin həlli üçün onunla əməkdaşlığı davam etdirmək?  “Il Messaggero” xəbər verir ki, Qəzza və Livandakı müharibə, eləcə də İranla münasibətlərin pisləşməsi Qərb dövlətlərini güzəştə getməyə sövq edir. İtaliyanın xarici işlər naziri Antonio Tajaninin vurğuladığı kimi, beynəlxalq öhdəliklərə əməl etmək öhdəliyi praqmatizmlə birləşdirilməlidir. “Netanyahunun həbsi bizi sülhə yaxınlaşdırmayacaq”, - nazir deyib və əlavə edib ki, İtaliya hökuməti hərbi əməliyyatların davam etdiyi müddətdə

"Hər zaman yüksək səviyyədə olan, strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərə təəssüf ki, Polşa prezidentinin atdığı təxribatçı addımla böyük bir xələl gətirilib". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Polşa prezidenti Andjey Dudanın Ermənistana səfəri çərçivəsində Azərbaycanla sərhəd bölgəsinə gələrək, buradakı Avropa İttifaqı mülki missiyasını "ziyarət" etməsini şərh edərkən deyib. "Azərbaycanla Ermənistan arasındakı şərti sərhədin Ermənistan hissəsində Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. Azərbaycan zamanında ona birmənalı olaraq razılıq verməyib. Amma buna baxmayaraq, həmin missiya yerləşdirildi və sayı da artdı. Bu missiya da bir sıra Qərb