NIPA-30
a

January 2026

ABŞ Gürcüstanla münasibətlərini yenidən nəzərdən keçirmək qərarına gəlib. ABŞ Konqresinin Xarici İşlər Komitəsinin nümayəndələri yanvarın 28-də Tbilisidə səfərdə olublar. Səfər zamanı ABŞ rəsmiləri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani görüşüblər. Gürcüstan mediasının məlumatına görə, görüşdə Gürcüstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər diqqət mərkəzində olub. Eyni zamanda, Gürcüstanda gedən proseslər, hökumətin ölkənin iqtisadi artımını təşviq etmək üçün atdığı addımlar və gələcək planları, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı məsələlər də müzakirə edilib. Qarşılıqlı müzakirələrdə Gürcüstan-ABŞ münasibətlərinin və strateji tərəfdaşlığın möhkəmlənməsinin zəruriliyinə dair məsələyə də toxunulub. Qeyd

Məlum olduğu kimi, Avropa İttifaqı Hindistanla böyük ticarət sazişi və təhlükəsizlik-müdafiə paktı imzalayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent Brüssellə Dehli arasında imzalanan sazişə dərhal sərt reaksiya verərək bunu tənqid edib. İndi də ABŞ-ın ən yaxın və ənənəvi müttəfiqi olan Böyük Britaniyanın Baş naziri Kir Starmer Çinə rəsmi səfər edib. Bu, Britaniya baş nazirinin son səkkiz il ərzində Çinə ilk rəsmi səfəridir. O da bəllidir ki, Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar Avropa dövlətləri ilə Birləşmiş Ştatlar arasında ciddi fikir ayrılıqları, münasibətlərdə soyuqluq mövcuddur. Maraqlıdır, Avropa liderlərinin

Milli Məclisin deputatı Arzuxan Əlizadə “TV Müsavat” kanalının növbəti buraxılışında İranda baş verən hadisələrdən danışıb. Gununsesi.info bildirir ki, Arzuxan Əlizadə qeyd edib ki, İran daxilindəki etirazlar və gərginlik vəziyyəti son dərəcə ciddi və təhlükəlidir: “İranda dekabrın sonunda ABŞ-ın verdiyi bəzi tədbirlər və hadisələr müharibə üçün zəmin yaratdı. İqtisadi vəziyyətin gərginliyi bu istiqamətdə hərəkətə səbəb oldu. İran daxilindəki obyektlər vuruldu və bunlar əsasən özləri tərəfindən həyata keçirildi. İran rejiminin sərtləşməsi ölkə daxilində etirazlara səbəb oldu. 28 dekabrdan başlayan nümayişlər minlərlə insanın qətlə yetirilməsi ilə nəticələndi. İnsanlar işgəncələrə məruz qaldılar, ölkədə gərginlik yüksək

Son dövrlər mərkəzi icra orqanları olmaqla bir çox sahədə məmurlar işdən azad edilir və ya başqa yerə təyin olunur. İşdən azad olunan məmurların sonradan nə işlə məşğul olması cəmiyyətdə sual doğurur. Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə bildirib ki, kadr islahatları nəticəsində müxtəlif sahələrdə çalışan məmurların və digər kateqoriyadan olan şəxslərin iş yerlərindən ayrılması halları müşahidə olunur: "Bu isə işlə təminat məsələsini aktuallaşdırır. İxtisara düşən şəxslərin öz ixtisaslarına, peşə bacarıqlarına və təcrübələrinə uyğun şəkildə yenidən işlə təmin olunmaları üçün müəyyən addımlar atıla bilər. Hansı sahədə fəaliyyət göstərəcəkləri isə

Otuz ilə yaxın davam edən işğalın və sonrakı müharibələrin ağır mirası olan mina təhlükəsi bu gün Azərbaycanın qarşısında duran ən ciddi humanitar, ekoloji və təhlükəsizlik problemlərindən biri olaraq qalır. Azad edilmiş ərazilərdə basdırılmış minalar təkcə insan həyatına və fiziki təhlükəsizliyə deyil, eyni zamanda torpaq ehtiyatlarına, biomüxtəlifliyə, su mənbələrinə, kənd təsərrüfatına və maddi-mənəvi irsə uzunmüddətli zərər vurur. Partlayıcı qalıqların yaratdığı risklər bölgədə bərpa və quruculuq prosesini ləngidir, əhalinin doğma torpaqlarına təhlükəsiz qayıdışını çətinləşdirir və ekosistemin təbii balansını pozur. Məhz bu reallıqlar fonunda mina təhlükəsizliyi məsələsinin yalnız

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində istintaq olunan sabiq PA rəhbəri “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb. Məlumata görə, A.Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib. Bildirilir ki, A. Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb. O da məlumdur ki, kiməsə elə-belə bu qədər mükafat verilmir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan yeni “Uşaq hüquqları haqqında” qanun layihəsi uşaqların fiziki, psixi və sosial rifahının qorunmasını əsas prioritet kimi müəyyən edir. Layihədə valideynlərin və onları əvəz edən şəxslərin uşaqları dilənçiliyə və avaralığa cəlb etməsi valideynlik hüquqlarından sui-istifadə kimi qiymətləndirilir. Eyni zamanda, uşaqlara alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satışı qadağan olunur. Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması hər bir dövlətin

İsrail Müdafiə Qüvvələri(İDF) 31 yanvar və ya 1 fevralda ABŞ-ın İrana mümkün hücumuna hazırlaşır. Bu barədə "The War Zone" nəşrinin yüksək vəzifəli İDF rəsmisinə istinadən məlumat verib. Ordu rəsmisi Vaşinqtonun planlarının dəyişə biləcəyini və hər şeyin bir nəfərin qərarından asılı olduğunu bildirib. O, ABŞ prezidenti Donald Trampı nəzərdə tutub. İsrail hakimiyyəti xarici aviaşirkətlərə 31 yanvar və 1 fevralda səmada "yüksək risk" olacağını bildirib. Mənbələr "Middle East Eye"yə bildiriblər ki, ABŞ bu həftə İrana hücum edə bilər. Mənbələr hücumun vaxtının dəyişə biləcəyini vurğulayıblar. İddia edirlər ki, hədəf

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakıya səfər planlaşdırmasını, Tiflisi proqramdan kənarda saxlamasını belə izah edib. Baş nazir bildirib ki, vitse-prezidentin səfəri “TRIPP marşrutu” (Zəngəzur dəhlizi) ilə əlaqəlidir və bu baxımdan əsas ölkələrin Ermənistan və Azərbaycan olması məntiqlidir. O, Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığın bərpasına hazır olduğunu və Vaşinqtondan bu istiqamətdə konkret addımlar gözlədiklərini qeyd edib. O da məlumdur ki, Gürcüstanın ABŞ-la münasibətləri, Avropa İttifaqı ilə olan qədər gərgin deyil. Üstəlik, 2024-cü ildə ABŞ-da prezident seçkiləri kampaniyası dövründə Gürcüstan hakimiyyətinin Trampdan