NIPA-30
a

October 2026

Bakıda avtomobil toqquşması nəticəsində səkidə hərəkət edən piyadanın həyatını itirməsinən səbəb olan qəza yol hərəkəti təhlükəsizliyi və mövcud infrastrukturun vəziyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Belə hadisələrin qarşısının alınması üçün piyadaların hərəkət etdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, səkilərin qoruyucu məhəccərlər və fiziki maneələrlə təchiz edilməsi, eləcə də qəza riskinin yüksək olduğu ərazilərdə əlavə tədbirlərin görülməsi vacib hesab olunur. Bəs Bakıda piyadaların təhlükəsizliyini artırmaq üçün yol infrastrukturunda hansı dəyişikliklərə ehtiyac var? Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda avtomobillərin toqquşması

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. Bu qərar, Zəngilanın tarixinə, Qələbəsinə və gələcək inkişafına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Zəngilan yenidən qurulma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində zəngilanlılar doğma yurdlarına qayıdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Ağalı ağıllı kəndi müasir Azərbaycanın inkişaf potensialının gözəl nümunəsidir. Burada “yaşıl” enerji texnologiyaları, günəş panelləri, Arximed turbini tipli su

20 oktyabr Zəngilan şəhəri günüdür. Bu tarixi gün Azərbaycan xalqının əzəmətli Qələbəsinin, şəhidlərimizin əbədi xatirəsinin və doğma torpaqlara qayıdışın simvoludur. Zəngilan qədim tarixi, zəngin mədəni irsi, təbii gözəllikləri və strateji coğrafi mövqeyi ilə seçilən torpaqdır. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının qovuşduğu bu ərazi əsrlər boyu Azərbaycan xalqının mədəniyyət, din və dövlətçilik tarixinin mühüm bir hissəsi olub. Zəngilanın tarixi abidələri, məscidləri, türbələri, ziyarətgahları və qədim yaşayış məntəqələri bu torpağın milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. 1993-cü ilin oktyabrında Zəngilan erməni işğalına məruz qaldı. İşğal illərində Zəngilanın tarixi-dini

Tələbələrin gündəlik xərclərinin artması və təhsil müddətində üzləşdikləri maddi çətinliklər tələbə təqaüdlərinin məbləği ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, Bakıda ictimai nəqliyyatdan istifadə xərclərinin artması, universitetlərin yerləşdiyi ərazilərə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsinə ehtiyac yaranması tələbələrin aylıq büdcəsinə təsirsiz ötüşmür. Təhsil alan gənclərin əhəmiyyətli hissəsi gündəlik ehtiyaclarını qarşılamaq üçün məhdud maliyyə imkanları ilə kifayətlənməli olur. Bu baxımdan, təqaüdlərin mövcud məbləğinin tələbələrin real ehtiyaclarına nə dərəcədə uyğun olduğu məsələsi də diqqət çəkir.Yaşayış xərclərinin yüksəlməsi fonunda tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara göstərilən maliyyə dəstəyinin

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 21,5 % çoxdur. Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Cebhe.info xatırladır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard

Azərbaycanda vahid məktəbli  forması bağlı rəsmi qərar Türkiyədəki bəzi qüvvələrin "narahatlığına" səbəb oldu. Həmin qüvvələrin son günlər apardığı kampaniyalar isə ölkələr arasında süni gərginliyin yaranmasına gətirib çıxarıb. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından və sosial şəbəkələrdəki mübahisələrdən asılı olacaq qədər zəif deyil: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər əsrlərin sınağından çıxmış tarixi qardaşlıq, ortaq milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Bu münasibətlər ayrı-ayrı şəxslərin açıqlamalarından, sosial şəbəkələrdə yayılan mübahisələrdən və müəyyən siyasi dairələrin mövqeyindən asılı olacaq

Bu gün bütün Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gündür. 35 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar əsrlər boyu azadlıq arzusu ilə yaşayan, milli iradəsini və dövlətçilik əzmini qoruyub saxlayan xalqımızın mübarizəsinin təntənəsi idi. Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix

Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix müstəqillik amalımızı daha da möhkəmləndirdi. Həmin illərdə Azərbaycan xalqı yalnız azadlığını tələb etmirdi o, gələcək nəsillər üçün müstəqil dövlətin təməlini qoyurdu. Bu mübarizənin önündə gedən istiqlalçılar xalqımızın milli iradəsinin ifadəçiləri, dövlət müstəqilliyimizin ideya daşıyıcıları oldular. Təsadüfi deyil ki, 18 Oktyabr tarixi ərəfəsində oktyabrın 16-da