NIPA-30
a

May 2026

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə beynəlxalq müstəvidə bu gün Azərbaycana olan hörməti bir sıra amillərlə əlaqələndirib: “Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz. Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər

Bir Orxan Saffari yazar sifariş aldığı ağasının diqtəsi ilə yazıb ki, bəs demə Etibar Məmmədov uğursuz siyasətçi olub.Bir siyasətçinin uğurlu və ya uğursuz olduğunu müəyyən edən meyar nədir? Keçici vəzifə kürsüləri, yoxsa dövlətin təməlinə qoyulan və onilliklər keçsə də dəyərini itirməyən silinməz izlər?Əgər bir yazar bu gün çıxıb Etibar Məmmədovu "uğursuz siyasətçi" adlandırırsa, deməli, o, uğur anlayışını yalnız gündəlik siyasi konyunkturada və şəxsi kariyerdə görür. Lakin bəzi siyasi xadimlər var ki, onların fəaliyyətinin miqyası cari hakimiyyət mütənasibliyi ilə deyil, bütöv bir xalqın taleyində oynadıqları

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin son zamanlar zəiflədiyini və indi gücləndirilməli olduğunu bildirib. Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlıq mümkün deyil. "Təəssüf ki, son zamanlar məhz bu sahə zəifləyib və indi onları gücləndirməyin vaxtıdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzini bərpa edəcəyik" – deyə Kaluqin qeyd edib. Məlum olduğu kimi, 2025-ci ilin fevralında Bakıdakı Rusiya

“Bu gün ABŞ də müəyyən problemlərlə üzləşir. Amma ən ağır vəziyyətdə olan tərəf İran hesab olunur. Çünki müharibənin uzanması və gərginliyin davam etməsi İrana daha çox zərər verir”. Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “İran daxilində iqtisadi problemlər getdikcə dərinləşir. Sanksiyalar və blokada nəticəsində İranın neft satış imkanları ciddi şəkildə məhdudlaşıb. Bu vəziyyət davam etdikcə ölkənin problemləri daha da artır. Müharibə heç vaxt tərəflərin maraqlarına tam xidmət etmir. Amma ABŞ öz strateji maraqlarını təmin etmək üçün bu təzyiq siyasətini davam etdirə bilər. Mövcud passiv vəziyyət isə

Cənubi Qafqazda sülh prosesinin davam etməsi fonunda Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası hələ də fəaliyyətdədir. Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlik addımların atıldığı, tərəflərin sülh iradəsini açıq şəkildə bəyan etdiyi bir şəraitdə xarici missiyanın bölgədə qalmasının hansı məqsədə xidmət etməsi ciddi suallar doğurur.Məlum olduğu kimi, postmünaqişə dövründə sülh istiqamətində real addımlar atan, regionda dayanıqlı sabitliyin təmininə çalışan tərəf məhz Azərbaycandır. Ancaq Aİ missiyası guya Ermənistanı Azərbaycandan qoruyur. Bunun təbii ki, heç bir məntiqi izahı yoxdur. Bu mənada Aİ missiyasının fəaliyyətinin uzadılması, sülh prosesindən daha

Bölgədə yaranan sülhün memarı və qarantı Azərbaycandır, Azərbaycan Prezidentidir. Bütün dünya bilir ki, Cənubi Qafqazda sülh prosesinin təşəbbüskarı və əsas qüvvəsinin Azərbaycan olduğu şübhəsizdir. Ancaq çox təəssüf ki, bəzi dövlətlər, o cümlədən Fransa, eləcə də Avropa təsisatları çalışırlar ki, bölgədə sülh prosesinin əsas aparıcı qüvvəsi kimi Ermənistanı göstərsinlər. Bu məqsədlə Ermənistanda müxtəlif tədbirlərdüzənləyirlər, Avropa Siyasi Birliyinin sammiti, Aİ-Ermənistan sammiti kimi tədbirlər keçirirlər, müxtəlif ölkələrin rəhbərləri yığışıb Ermənistana gəlirlər. Burada məqsəd Ermənistanın regionda sülh prosesində əsas qüvvə olduğunu göstərmək və sübut etməkdir. Yalandan Ermənistanda konfrans,

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda regionda strateji əhəmiyyətli layihələr gündəmə gəlməkdədir. Bu layihələr arasında ən diqqətçəkəni 2025-ci il avqustun 8-də Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış birgə bəyannamə əsasında formalaşan TRIPP layihəsidir. Naxçıvanı Ermənistan ərazisi (Sünik/Zəngəzur) vasitəsilə Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək bu nəqliyyat-infrastruktur marşrutu regionun strateji mənzərəsini dəyişmək potensialına malikdir. Son dövrlərdə Litva rəsmiləri TRIPP layihəsi çərçivəsində Kalininqrad modelinin tətbiqini təklif edirlər. Bu modelə əsasən, Rusiya vətəndaşlarının Litva ərazisindən keçərək Kalininqrada getməsi üçün tətbiq olunan

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin atasının dəfn mərasiminə buraxılmamasının müxalifət tərəfindən etirazla qarşılanmasına münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında bildirib ki, belə bir qərarın verilməsi üçün təqsirləndirilən şəxs özü və ya onun vəkilləri müvafiq formada müraciət etməlidirlər. “Məlumdur ki, Əli Kərimlinin atasının dəfni bayram günlərinə düşmüşdü. Müraciət olunubmu, istintaq orqanı bununla bağlı hansı qərarı qəbul edib, bilmirəm. İstənilən halda istər müsbət, istərsə də mənfi qərar vermək istintaq orqanının səlahiyyəti daxilindədir. Bu məsələyə kənar müdaxilə