Dünyaya nümayiş etdirilən Azərbaycan REALLIĞI
Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud
Afsəddin Nəbiyev: “Ermənistan Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə, bunun alternativi hansı istiqamət olacaq?”
Ermənistan hökuməti iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin səhmlərinin 100 faizinin dövlətə təhvil verilməsini və özgəninkiləşdirilmə prosesinin 2027-ci il oktyabrın 1-dək başa çatdırılmasını təklif edir. Müraciətə baxılması sentyabrın 24-dək davam edəcək. Layıhəyə əsasən, səhmlərin alıcısı kimi Ermənistan dövləti çıxış edəcək, özgəninkiləşdirmə prosesini isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi əlaqələndirəcək. Prosesə 2027-ci il iyulun 1-dək başlamaq planlaşdırılır. Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu addımın yalnız bir sahibkarlıq subyektinin taleyi ilə məhdudlaşdığını düşünmək düzgün olmazdı: “Ermənistanın enerji təhlükəsizliyinin əsas seqmentlərindən
Deputat: “Bakı İqlim Fəaliyyəti Həftəsi” real ekoloji layihələrə yol açmalıdır
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın keçirilməsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə və ekoloji dayanıqlılıq istiqamətində apardığı siyasətin davamlılığını göstərən mühüm təşəbbüsdür. Belə tədbirlərin əsas əhəmiyyəti yalnız müzakirələrin aparılması ilə məhdudlaşmamalı, burada səsləndirilən təkliflərin konkret layihələrə və praktiki addımlara çevrilməsi ilə ölçülməlidir. COP29-dan sonra Azərbaycanın iqlim gündəliyində fəal mövqeyini qoruması baxımından Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün də əhəmiyyətli platformadır”. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib. O deyib ki, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin qorunması və artırılması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi kimi
Afsəddin Nəbiyev: “ABŞ sülh üçün diplomatik yol axtarır, Avropa isə Ukraynanın müdafiə qabiliyyətini qoruyur”
Rusiya-Ukrayna münaqişəsinin həlli üçün diplomatik təmasların intensivləşdiyi vaxtda Brüssel Kiyevə hərbi dəstəyi gücləndirir. Ukrayna müttəfiqlərinin dəstəyi və Avropa İttifaqının krediti hesabına ABŞ istehsalı “Patriot” sistemləri üçün təxminən 1000 raketin tədarükünü müqavilələşdirir. Lakin müdafiə naziri Yevgeni Xmara bildirib ki, raketlərin böyük hissəsinin çatdırılması daha sonrakı illərə düşür və Ukraynanın hazırda əsas ehtiyacı məhz mövcud ehtiyatlardan təcili surətdə əlavə raketlərin əldə edilməsidir. Bu arada, Almaniya Ukraynaya əlavə “Patriot” raketləri göndərməyə hazırlaşır. Berlin xüsusilə qış aylarında Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna hava hücumlarını artıracağından ehtiyat edir.
Rəşad Bayramov: “Azərbaycan-Ermənistan sülh prosesi Tramp üçün son dərəcə əlverişli bir uğur hekayəsinə çevrilə bilər”
Məlum olduğu kimi, Birləşmiş Ştatlar prezidenti Donald Trampın bir sıra səylərinə baxmayaraq, nə İranla müharibədə ciddi nəticə əldə etdi, nə də Rusiya-Ukrayna müharibəsini dayandıra bildi. Bu tərəfdən də noyabrda Konqresə keçiriləcək aralıq seçkiləri yaxınlaşır və seçkiyə heç bir uğur əldə etmədən getmək məğlubiyyət vəd edir. Belə bir vaxtda Birləşmiş Ştatlar bütün imkanlarını səfərbər edib Azərbaycanla Ermənistan sülh sazişinin imzalanmasını tezləşdirə və təmin edə bilərmi? Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh sazişinin paraflanması Trampın iştirakı ilə 2025-ci ilin avqustunda Vaşinqtonda baş tutub. Bu baxımdan
Arzuxan Əlizadə: “Moskvaya sərf edir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanı İran vasitəsi ilə vursun”
Tehran gözlənilmədən Ermənistanın Baş naziri Nikol Paşinyana "Tramp Yolu" ilə bağlı yeni, sərt şərtlər təqdim edib. İran hakimiyyəti TRIPP-in təhlükəsizliyinin ya yalnız Ermənistan silahlı qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib (görünür, Rusiya silahlı qüvvələrini nəzərdə tutur). Erməni mənbələrinə görə, Tehran bununla sərhədlərində Amerika qoşunlarının mövcudluğunun qarşısını almağa çalışır. Əks halda, artan münaqişə kontekstində iranlılar amerikalı hərbçilərini qanuni hədəf hesab edəcəklər. Bu isə İrəvanın onsuz da "iflic" vəziyyətində olan xarici siyasət layihəsinin həyata keçirilməsini ciddi şəkildə
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? – DEPUTAT
Paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində rəqəmsal texnologiyalardan istifadə və yol hərəkətinin daha səmərəli idarə olunması aktuallığını qoruyur. Xüsusilə ağıllı svetofor sistemlərinin tətbiqi nəqliyyat axınının daha çevik tənzimlənməsinə imkan yarada bilər. Nəqliyyat axınının real vaxt rejimində izlənilməsi və svetoforların avtomatik tənzimlənməsi şəhər yollarında sıxlığın azaldılmasına, sürücülərin gözləmə müddətinin qısaldılmasına və hərəkətin daha optimal təşkilinə kömək edə bilər. Bununla yanaşı, belə sistemlərin effektivliyi üçün infrastrukturun yenilənməsi, ictimai nəqliyyatın inkişafı və yol hərəkətinin kompleks şəkildə idarə olunması da vacib hesab olunur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə
Deputat: “Hər il eyni mənzərə ilə qarşılaşmaq, “təbii fəlakət” kimi izah etmək problemi həll etməyəcək”
“Yağıntıların güclü olması, əlbəttə ki, müəyyən çətinliklər yarada bilər. Lakin hər dəfə qısa müddətli güclü yağışdan sonra eyni küçə və yolların su altında qalması, nəqliyyatın iflic olması artıq məsələyə yalnız təbii fəlakət prizmasından yanaşmağın doğru olmadığını göstərir. Əgər eyni problem hər il, hətta hər güclü yağış zamanı təkrarlanırsa, burada şəhər infrastrukturunun, xüsusilə yağış sularının idarə olunması və drenaj sisteminin vəziyyətini ciddi şəkildə təhlil etmək lazımdır”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, problemin həlli üçün ilk növbədə şəhərin yağış sularının
Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib
7 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti genişləndirilmiş iclası baş tutub. Tədbirdə Siyasi Şuranın üzvləri ilə yanaşı, partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarının sədrləri də iştirak ediblər.İclası açan AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın fəaliyyət istiqamətləri, qarşıdakı aylarda görüləcək işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məruzə ilə çıxış edib.Görüşdə təşkilati fəaliyyətin təkmilləşdirilməsi, yerli struktur bölmələrinin işinin gücləndirilməsi, qarşılıqlı əlaqələrin daha səmərəli qurulması və strateji vəzifələrin sistemli icrası diqqət mərkəzində olub. Müzakirələrdən sonra müəyyən edilmiş hədəflərə çatmaq