AMİP-30
a

Mart 2026

"Təəssüf ki, ipoteka kreditləri bu gün hər kəs üçün əlçatan deyil. Xüsusilə gənclər üçün bu imkan daha məhduddur. Çünki gənclər arasında işsizlik problemi və ya bir çox hallarda əməkhaqları ipoteka kreditlərinin aylıq ödənişlərini qarşılamaq üçün yetərli olmur. Bu səbəbdən ipoteka fonduna ayrılan vəsait artırılmalıdır ki, daha çox insan bu imkanlardan yararlana bilsin". Bu sözləri Missiya.Az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, digər mühüm məsələ isə ipoteka kreditlərinin faiz dərəcələridir: "Bir çox Avropa ölkələri, eləcə də bəzi qonşu dövlətlərlə müqayisədə Azərbaycanda ipoteka faizləri daha yüksəkdir. Hazırda əsas

Ermənistan mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Gorus-Yeğeqnadzor-Yerask marşrutu üzrə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqələri yaratmağa hazırdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışında bildirib. “Təklifimiz heç bir şəkildə Vaşinqton razılaşmalarını gecikdirmək, pozmaq və ya görməzdən gəlmək məqsədi daşımır və mən bunu rəsmi olaraq bildirirəm. Biz bu təklifi irəli sürürük, çünki özümüz Azərbaycan dəmir yollarından alternativ şəkildə istifadə edirik. Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmağı səbirsizliklə gözlədiyi kimi, biz də Naxçıvan vasitəsilə Ermənistanın cənubu

“Müasir beynəlxalq sistem mürəkkəb geosiyasi qarşıdurmalar, enerji bazarlarında qeyri-müəyyənlik və qlobal ticarət marşrutlarının yenidən formalaşması ilə xarakterizə olunur. Belə bir şəraitdə Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan, Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaş kimi ön plana çıxır. Bakı ilə Brüssel arasında əməkdaşlığın son illərdə daha da dərinləşməsi həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika sahələrində yeni imkanlar açır”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu Deputat bildirib ki, Avropa üçün enerji təhlükəsizliyi məsələsi xüsusilə son illərdə qlobal siyasi gərginliklər fonunda daha da aktuallaşıb: “Enerji

Çox qəribə vəziyyət yaranıb. Azərbaycan və Türkiyə prezidentləri İran prezidenti Məsud Pezeşkianla telefonla danışırlar, ölənlərə başsağlığı verirlər, seçilən yeni dini lideri təbrik edirlər. Bütün bunlardan bir-iki saat sonra isə İran ərazisindən qonşu ölkələrə yenə dron atılır. Söhbət bu danışıqlardan sonra İranın Türkiyəyə atdığı raketdən gedir. Azərbaycan və Türkiyə müharibənin əleyhinədirlər, danışıqlara üstünlük verir və İranın ərazi bütövlüyünü dəstəkləyirlər. Görünən odur ki, hansısa qüvvələr İranı Azərbaycanla və Türkiyə ilə müharibəyə, toqquşmaya çəkmək istəyir. Maraqlıdır, Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkməkdə hansı beynəlxalq qüvvələr maraqlı ola bilər? Sözügedən

"Əvvəldən də bu barədə proqnozum var idi ki, Müctəba Xameneni yeni ali dini lider seçiləcək. Bunu onunla əsaslandırmışdım ki, Müctəba Xamenei SEPAH-a daha yaxındır. SEPAH daxilində öz sərtliyi ilə seçilir və ciddi nüfuza malikdir. Həm də növbəti seçimdə maraqları daha lazımi səviyyədə təmin edən  edə biləcək bir şəxs kimi də Müctəba Xameneiyə üstülük verilməli idi. Həm SEPAH-dakı gücü baxımından, eyni zamanda atasının qisasını sona qədər almaq məqsədi baxımından SEPAH-a daha əlverişli namizəd idi" Bu sözləri  Sitat.info-ya açıqlamasında millət vəkili Arzuxan ƏIizadə deyib. O bildirib ki, Müctəba Xamenei Azərbaycanla bağlı məsələdə

Hörmətli xanımlar, əziz analar və bacılar!​Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi və bütün partiya üzvləri adından səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.​Azərbaycan qadını tarix boyu milli məfkurəmizin qorunmasında, mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində və dövlətçilik ənənələrimizin möhkəmlənməsində misilsiz rol oynamışdır. Xalqımızın azadlıq mübarizəsində nümayiş etdirdiyiniz sarsılmaz iradə və fədakarlıq, bu gün müstəqil Azərbaycanın tərəqqisi naminə göstərdiyiniz xidmətlər hər birimiz üçün qürur mənbəyidir.​Ölkəmizin ictimai-siyasi həyatında qadınların fəal iştirakı demokratik cəmiyyət

Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib. Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal

8 Mart – Beynəlxalq Qadınlar Günü tarixən qadınların hüquq və azadlıqları uğrunda apardığı mübarizənin simvolu olmaqla yanaşı, bu gün artıq müasir cəmiyyətlərdə gender bərabərliyinin real vəziyyətinin qiymətləndirildiyi, dövlət siyasətinin, ictimai münasibətlərin və sosial düşüncə tərzinin obyektiv şəkildə təhlil edildiyi mühüm bir tarixə çevrilib. Bu gün qadına verilən dəyər yalnız təntənəli çıxışlar, simvolik jestlər və ya rəsmi tədbirlərlə deyil, onun gündəlik həyatda hansı imkanlara malik olması, hansı çətinliklərlə üzləşməsi və bu çətinliklərin necə aradan qaldırılması ilə ölçülür. Azərbaycan cəmiyyətində qadın anlayışı dərin tarixi və mədəni köklərə