Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıda avtomobil toqquşması nəticəsində səkidə hərəkət edən piyadanın həyatını itirməsinən səbəb olan qəza yol hərəkəti təhlükəsizliyi və mövcud infrastrukturun vəziyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirib. Belə hadisələrin qarşısının alınması üçün piyadaların hərəkət etdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, səkilərin qoruyucu məhəccərlər və fiziki maneələrlə təchiz edilməsi, eləcə də qəza riskinin yüksək olduğu ərazilərdə əlavə tədbirlərin görülməsi vacib hesab olunur. Bəs Bakıda piyadaların təhlükəsizliyini artırmaq üçün yol infrastrukturunda hansı dəyişikliklərə ehtiyac var? Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda avtomobillərin toqquşması
“Zəngilanın dirçəlişi Azərbaycanın Qələbəsinin və quruculuq əzminin təcəssümüdür” – Arzuxan Əlizadə
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib. Bu qərar, Zəngilanın tarixinə, Qələbəsinə və gələcək inkişafına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Zəngilan yenidən qurulma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində zəngilanlılar doğma yurdlarına qayıdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Ağalı ağıllı kəndi müasir Azərbaycanın inkişaf potensialının gözəl nümunəsidir. Burada “yaşıl” enerji texnologiyaları, günəş panelləri, Arximed turbini tipli su
Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində Zəngilan yenidən həyat qazanır – DEPUTAT
20 oktyabr Zəngilan şəhəri günüdür. Bu tarixi gün Azərbaycan xalqının əzəmətli Qələbəsinin, şəhidlərimizin əbədi xatirəsinin və doğma torpaqlara qayıdışın simvoludur. Zəngilan qədim tarixi, zəngin mədəni irsi, təbii gözəllikləri və strateji coğrafi mövqeyi ilə seçilən torpaqdır. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının qovuşduğu bu ərazi əsrlər boyu Azərbaycan xalqının mədəniyyət, din və dövlətçilik tarixinin mühüm bir hissəsi olub. Zəngilanın tarixi abidələri, məscidləri, türbələri, ziyarətgahları və qədim yaşayış məntəqələri bu torpağın milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. 1993-cü ilin oktyabrında Zəngilan erməni işğalına məruz qaldı. İşğal illərində Zəngilanın tarixi-dini
2027-ci ildə tələbə təqaüdləri artacaq? – Deputat AÇIQLADI
Tələbələrin gündəlik xərclərinin artması və təhsil müddətində üzləşdikləri maddi çətinliklər tələbə təqaüdlərinin məbləği ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, Bakıda ictimai nəqliyyatdan istifadə xərclərinin artması, universitetlərin yerləşdiyi ərazilərə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsinə ehtiyac yaranması tələbələrin aylıq büdcəsinə təsirsiz ötüşmür. Təhsil alan gənclərin əhəmiyyətli hissəsi gündəlik ehtiyaclarını qarşılamaq üçün məhdud maliyyə imkanları ilə kifayətlənməli olur. Bu baxımdan, təqaüdlərin mövcud məbləğinin tələbələrin real ehtiyaclarına nə dərəcədə uyğun olduğu məsələsi də diqqət çəkir.Yaşayış xərclərinin yüksəlməsi fonunda tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara göstərilən maliyyə dəstəyinin
Pulumuz dərmana gedir – QORXUNC statistika
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 386,4 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə 21,5 % çoxdur. Ötən 9 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Cebhe.info xatırladır ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard
Azərbaycan öz siyasətini milli maraqları ilə müəyyənləşdirir – Arzuxan Əlizadə
Azərbaycanda vahid məktəbli forması bağlı rəsmi qərar Türkiyədəki bəzi qüvvələrin "narahatlığına" səbəb oldu. Həmin qüvvələrin son günlər apardığı kampaniyalar isə ölkələr arasında süni gərginliyin yaranmasına gətirib çıxarıb. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından və sosial şəbəkələrdəki mübahisələrdən asılı olacaq qədər zəif deyil: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər əsrlərin sınağından çıxmış tarixi qardaşlıq, ortaq milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Bu münasibətlər ayrı-ayrı şəxslərin açıqlamalarından, sosial şəbəkələrdə yayılan mübahisələrdən və müəyyən siyasi dairələrin mövqeyindən asılı olacaq
Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə AMİP-in təbriki
Bu gün bütün Azərbaycan xalqı üçün müqəddəs və qürurverici bir gündür. 35 il əvvəl 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar əsrlər boyu azadlıq arzusu ilə yaşayan, milli iradəsini və dövlətçilik əzmini qoruyub saxlayan xalqımızın mübarizəsinin təntənəsi idi. Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix
Müstəqilliyimizin bərpasının 35-ci ildönümü – milli iradəmizin və dövlətçilik əzmimizin təntənəsi
Müstəqilliyə gedən yol asan olmadı. 1980-ci illərin sonlarından etibarən Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Xalqımız meydanlara çıxaraq azadlıq, milli suverenlik və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxdı. 20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi. Əksinə, şəhidlərimizin qanı ilə yazılan bu tarix müstəqillik amalımızı daha da möhkəmləndirdi. Həmin illərdə Azərbaycan xalqı yalnız azadlığını tələb etmirdi o, gələcək nəsillər üçün müstəqil dövlətin təməlini qoyurdu. Bu mübarizənin önündə gedən istiqlalçılar xalqımızın milli iradəsinin ifadəçiləri, dövlət müstəqilliyimizin ideya daşıyıcıları oldular. Təsadüfi deyil ki, 18 Oktyabr tarixi ərəfəsində oktyabrın 16-da
Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi azad edildi
Bu gün, 17 oktyabr, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci ilin bu günündə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini 27 illik erməni işğalından azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan 1386 km² ərazini əhatə edir. Rayonun əsası 1827-ci ildə qoyulub, 1930-cu ildə Qaryagin adı ilə rayon statusu alıb, 1959-cu ildə isə