Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində Zəngilan yenidən həyat qazanır – DEPUTAT
20 oktyabr Zəngilan şəhəri günüdür. Bu tarixi gün Azərbaycan xalqının əzəmətli Qələbəsinin, şəhidlərimizin əbədi xatirəsinin və doğma torpaqlara qayıdışın simvoludur. Zəngilan qədim tarixi, zəngin mədəni irsi, təbii gözəllikləri və strateji coğrafi mövqeyi ilə seçilən torpaqdır. Araz, Həkəri, Oxçuçay və Bəsitçay çaylarının qovuşduğu bu ərazi əsrlər boyu Azərbaycan xalqının mədəniyyət, din və dövlətçilik tarixinin mühüm bir hissəsi olub. Zəngilanın tarixi abidələri, məscidləri, türbələri, ziyarətgahları və qədim yaşayış məntəqələri bu torpağın milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. 1993-cü ilin oktyabrında Zəngilan erməni işğalına məruz qaldı. İşğal illərində Zəngilanın tarixi-dini
2027-ci ildə tələbə təqaüdləri artacaq? – Deputat AÇIQLADI
Tələbələrin gündəlik xərclərinin artması və təhsil müddətində üzləşdikləri maddi çətinliklər tələbə təqaüdlərinin məbləği ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Xüsusilə, Bakıda ictimai nəqliyyatdan istifadə xərclərinin artması, universitetlərin yerləşdiyi ərazilərə gedib-gəlmək üçün bir neçə nəqliyyat vasitəsinə ehtiyac yaranması tələbələrin aylıq büdcəsinə təsirsiz ötüşmür. Təhsil alan gənclərin əhəmiyyətli hissəsi gündəlik ehtiyaclarını qarşılamaq üçün məhdud maliyyə imkanları ilə kifayətlənməli olur. Bu baxımdan, təqaüdlərin mövcud məbləğinin tələbələrin real ehtiyaclarına nə dərəcədə uyğun olduğu məsələsi də diqqət çəkir.Yaşayış xərclərinin yüksəlməsi fonunda tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara göstərilən maliyyə dəstəyinin
Azərbaycan öz siyasətini milli maraqları ilə müəyyənləşdirir – Arzuxan Əlizadə
Azərbaycanda vahid məktəbli forması bağlı rəsmi qərar Türkiyədəki bəzi qüvvələrin "narahatlığına" səbəb oldu. Həmin qüvvələrin son günlər apardığı kampaniyalar isə ölkələr arasında süni gərginliyin yaranmasına gətirib çıxarıb. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından və sosial şəbəkələrdəki mübahisələrdən asılı olacaq qədər zəif deyil: “Türkiyə ilə Azərbaycan arasında münasibətlər əsrlərin sınağından çıxmış tarixi qardaşlıq, ortaq milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Bu münasibətlər ayrı-ayrı şəxslərin açıqlamalarından, sosial şəbəkələrdə yayılan mübahisələrdən və müəyyən siyasi dairələrin mövqeyindən asılı olacaq
Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi azad edildi
Bu gün, 17 oktyabr, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci ilin bu günündə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir sıra kəndlərini 27 illik erməni işğalından azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan 1386 km² ərazini əhatə edir. Rayonun əsası 1827-ci ildə qoyulub, 1930-cu ildə Qaryagin adı ilə rayon statusu alıb, 1959-cu ildə isə
Qərbin birliyi dağılır, Putinin əli güclənir: Cənubi Qafqazı nə gözləyir?
Ukrayna müharibəsi artıq yalnız Moskva ilə Kiyev arasındakı hərbi qarşıdurma deyil, Qərbin siyasi birliyini, Avropanın təhlükəsizlik strukturunu və transatlantik münasibətlərin gələcəyini müəyyənləşdirən geosiyasi sınağa çevrilib. Müharibənin uzanması, Ukraynaya dəstəyin həcmi və forması ətrafında fikir ayrılıqları, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar Vaşinqtonla Brüssel arasında mövcud ziddiyyətləri daha da dərinləşdirir. Avropa İttifaqı bir tərəfdən Ukraynanın müdafiəsini və Rusiyanın qarşısının alınmasını prioritet hesab edir, digər tərəfdən isə dəyişən beynəlxalq şəraitdə öz təhlükəsizliyini təmin etmək, hərbi imkanlarını gücləndirmək və ABŞ-dən asılılığını azaltmaq zərurəti ilə üzləşir. Əsas problem ondadır ki,
Deputat: “Radikal qüvvələr polisin qanuni fəaliyyətini məqsədli şəkildə başqa cür təqdim etməyə çalışırlar”
Məktəblərdə vahid geyim məsələsi ətrafında yaranan mübahisələrdən alət kimi istifadə edən müxtəlif radikal qüvvələr indi də Azərbaycan xalqının ictimai asayişini qoruyan, təhlükəsizliyini təmin edən polislər haqqında qarayaxma kampaniyasına başlayıb. Onların iddiasına görə, guya polislər dinc, günahsız insanları məcbur şəkildə məsuliyyətə cəlb edirlər. Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində və qanun pozuntularının qarşısının alınmasında mühüm rol oynayır. Deputat bildirib ki, hüquqi dövlətin əsas prinsiplərindən biri qanunun aliliyidir: “Polis əməkdaşları da
Afsəddin Nəbiyev: “Çünki beynəlxalq strukturların çoxu işğal prosesini uzatmaq məqsədi güdürdü”
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, bir vaxtlar Ermənistan hakimiyyətinin etdiyi həyasızlıqlara beynəlxalq ictimaiyyət göz yumurdu: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin
Bakı İrəvana xəbərdarlıq etməlidir – COP17 ərəfəsində yeni gərginlik riski
Qarabağdan könüllü köçmüş erməniləri COP17 konfransından Bakıya qarşı beynəlxalq təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflər Konfransı (COP17) anti-Azərbaycan platformaya çevrilə bilər. Bu tədbir ərəfəsində Konfrans ərəfəsində baş verənlər bəzi erməni siyasi və ictimai dairələr tədbirə beynəlxalq diqqətindən sui-istifadə edərək yenə "artsax problemi" ətrafında yalançı hay-küy yaratmaq üçün çalışırlar. Yəni ekoloji problemlərin müzakirəsi üçün təşkil olunan beynəlxalq platformanı Azərbaycanla bağlı birtərəfli siyasi ittihamların səsləndirildiyi meydana çevmək planı var. Oktyabrın 15-də Qarabağdan köçmüş ermənilər İrəvanda hökumət binası qarşısında
Deputat: AQEM çərçivəsində yeni iqtisadi əməkdaşlıq imkanları yarana bilər
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları və regional əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın diplomatik münasibətlərinin inkişafı, iqtisadi tərəfdaşlıqların genişləndirilməsi və yeni investisiya imkanlarının yaranması baxımından diqqət çəkir. Bəs bu Zirvə Toplantısı ölkəmizə hansı konkret dividendləri vəd edir? Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan
Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə dini etiqad azadlığı qanunla qorunur – DEPUAT
12 oktyabr 2026-cı il tarixində məktəbli geyimləri və təhsil müəssisələrində vahid geyim qaydaları ilə bağlı mövqeyimi ictimaiyyətlə bölüşmüş, məsələnin mahiyyətini ətraflı şəkildə izah etmişəm. Bununla belə, təəssüf ki, mövzu ətrafında hələ də müxtəlif manipulyativ fikirlər səsləndirilir, cəmiyyətdə süni narahatlıq yaratmağa yönələn yanaşmalar davam edir. Eyni zamanda, mövqeyimizə görə müəyyən qüvvələr tərəfindən təzyiq və təhdid xarakterli münasibətlərlə üzləşirik. Bir daha bəyan edirəm ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qanuni qaydaları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarını