AMİP-30
a

KİV

Baş nazir Nikol Paşinyan hökumətinin hazırladığı dəyişikliklərə əsasən, vətəndaşlar yalnız seçki günündən əvvəlki altı ay ərzində respublika ərazisində yaşadıqları halda seçkilərdə və referendumlarda iştirak edə biləcəklər. Seçkilərlə bağlı bu dəyişiklik layihəsi Rusiya tərəfini əməlli-başlı qıcıqlandırıb. Özünü erməni vətəndaşların müdafiəçisi qismində göstərməyə çalışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Seçki Məcəlləsinə planlaşdırılan sözügedən dəyişikliyi şərh edərkən onu ölkə vətəndaşlarının seçkilərdə iştirak hüququnu məhdudlaşdıracaq layihə kimi dəyərləndirib. Zaxarova təklif edilən dəyişikliyi kəskin tənqid edərək, bildirib ki, yeni qaydalar xaricdə yaşayan erməni diasporunun ölkənin ictimai-siyasi həyatından faktiki olaraq

Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon Der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın inkişafı və regionda sülh prosesi əsas müzakirə mövzuları olub. Avropa Komissiyasının rəhbəri Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı daha da möhkəmləndirmək niyyətində olduğunu bəyan edib, həmçinin Azərbaycanı Ermənistanla sülh prosesində əldə olunan nəticələr münasibətilə təbrik edərək Aİ-nin bu prosesə dəstəyinin davam edəcəyini vurğulayıb. Lyayenin Bakı səfərinin əsas siyasi və strateji əhəmiyyəti nədən ibarətdir?  Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, bu səfər Azərbaycan-Aİ

Azərbaycanın beynəlxalq arenadakı mövqeyi gücləndikcə, ona qarşı qarayaxma kampaniyaları da artır. Bunlardan biri də əvvəldən ölkəmizə qarşı sərt mövqeyini dəyişməyən AŞPA-nın qəbul etdiyi qərarlardır. Qurum 24 iyun 2026-cı ildə yay sessiyası çərçivəsində qəbul etdiyi qətnamə ilə növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirdi. Qərəzli qətnamənin lehinə 68, əleyhinə isə cəmi 8 səs verilib. Qətnamədə diqqət çəkən əsas məqamlardan biri vaxtilə Qarabağda silahsız, günahsız insanlara qarşı cinayətlər törətmiş və Azərbaycanda məhkəmə qarşısına çıxarılaraq həbs edilmiş erməni separatçılarının azad edilməsinin tələb olunmasıdır. Məlumdur ki, həmin şəxslərdən

“Azərbaycan polisi dövlətçiliyin əsas dayaqlarından biri kimi ölkədə sabitliyin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında mühüm missiya yerinə yetirir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqalamasında deyib. O, Azərbaycan polisinin ölkənin təhlüsəzliyi üçün xidmətlərini misilsiz adlandırıb: “Müasir dövrdə polis orqanlarının fəaliyyəti təkcə cinayətkarlığa qarşı mübarizə ilə məhdudlaşmır, eyni zamanda hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, milli təhlükəsizliyin təmin edilməsi istiqamətində də böyük əhəmiyyət daşıyır. Azərbaycan polisi üzərinə düşən məsuliyyəti peşəkarlıq, fədakarlıq və yüksək vətənpərvərlik ruhu ilə yerinə

Məlum olduğu kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana səfər gəlib. Fon der Lyayen iyulun 2-də Ermənistana da səfər edəcək. Avropa İttifaqı tərəfindən əvvəldən yayılan məlumata görə, səfər zamanı Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesi, eləcə də hər iki ölkənin Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı dəhlizinə çevrilməsi perspektivləri müzakirə olunacaq. Bu kontekstdə Avropa İttifaqının regionun nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar da gündəmdə olacaq. Bütün bu deyilənlərin fonunda, Avropa qurumlarının Azərbaycanla bağlı siyasətində konkret hansı dəyişikliyə ehtiyac var və Ursula bunu

“Təəssüf ki, dələduzluq son dövrlər Azərbaycanda xüsusilə geniş yayılmış cinayət növlərindən biridir. Cinayətin özünü tam olaraq müəyyənləşdirməkdə, konkret dələduzluq maddəsi ilə tövsif etməkdə də problemlər var. Çünki bunu üçün əvvəlcədən şəxsin niyyətinin nə olduğu müəyyən edilməlidir. Lakin bir çox hallarda bunu müəyyən etmək olduqca çətinlik törədir. Etibardan sui istifadə, aldatma yolu ilə şəxsin əmlakının və ya maddi vəsaitinin ələ keçirilməsi kimi tövsif olunan müvafiq maddə əvvəlcədən aldatma niyyəti olubmu, tərəflər arasında razılıq əsasında pulun, yaxud digər əmlakın verilməsi baş verirmi - bütün bunları etmək

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Bakıda "Rus evi"nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinin yenidən bərpa edilməsi təşəbbüsü ilə çıxış edib. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin vurğulayıb ki, "Rus evi"nin bərpası hər iki tərəfin maraqlarına uyğundur: “Azərbaycanda "Rus evi"nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi”. Bununla belə, Qaluzin TRIPP-in perspektivini şübhə altına alıb: “TRIPP-in perspektivləri birmənalı deyil. Bu layihə Rusiyanın iştirakından yalnız qazanardı. "Tramp marşrutu"ndan İran çətin ki, məmnun olsun. Güman etməyə əsas var ki, bu layihə

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi son beş ildə iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayıb. Bu sənəd təkcə Azərbaycan-Türkiyə əlaqələrinin hüquqi bazasını möhkəmləndirməklə kifayətlənməyib, həm də regionda yeni geosiyasi reallıqların formalaşmasına ciddi təsir göstərib. Milli Məclisin deputatı Arzuxan Əlizadə Hafta.az-a açıqlamasında bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən mühüm siyasi-hüquqi sənəddir. Deputatın sözlərinə görə, ötən beş il ərzində Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edib. Siyasi dialoq daha

Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, minlərlə azərbaycanlı ailə hələ də ən ağır sualın cavabını gözləyir: itkin düşən doğmaları haradadır? İşğaldan azad olunmuş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bu faciənin miqyasını bir daha üzə çıxarsa da, taleyi naməlum qalan təxminən 4 min nəfərlə bağlı suallar hələ də cavabsızdır. Bu məsələnin həlli təkcə humanitar deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Milli Məclisin üzvü Arzuxan Əlizadə məsələ üzrə 247press.media-nın suallarını cavablandırıb. “Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təxminən 4 min nəfər itkin