NIPA-30
a

Mass media

“Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir. Prezident Donald Tramp Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O deyib ki, Bayden administrasiyanın dönəmində münasibətlərimizdə bir gərginlik var idi. Bu da qarşı tərəfin sərgilədiyi mövqedən qaynaqlanırdı. “Amma Azərbaycanla Birləşmiş Ştatların münasibətləri əvvəlki dönəmlərdə, respublikaçıların hakimiyyəti zamanı normal səviyyədə olub. Təəssüf ki, demokratlar Azərbaycana yönəlik başqa siyasət yürüdürdülər. Donald Trampın ikinci prezidentliyi dövründə Azərbaycanla çox yaxın münasibətlər formalaşıb. Münasibətlərimiz artıq strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb. Bilirsiniz ki, ötən il avqustun 8-də Azərbaycan

Ötən il İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən bəri hər il Almaniyada keçirilən və qlobal təhlükəsizlik məsələlərinə həsr edilən beynəlxalq Forumdur. Konfransın əsas məqsədi dünyada sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığı gücləndirmək, münaqişələrin qeyri-hərbi həlli yollarını araşdırmaq, mövcud riskləri qiymətləndirmək və onların inkişaf ssenariləri haqqında təsəvvür yaratmaqdır. Bu dəfəki Münhen Təhlükəsizlik Konfransında diqqəti çəkən məqam o idi ki, Ukrayna məsələsindən prezident Zelenskidən başqa danışan olmadı. Halbuki, müharibə başlayandan sonra Ukrayna məsələsi konfransda bir nömrəli məsələ olurdu. Müzakirələr əsasən Ukraynada gedən müharibəyə həsr olunurdu. Konfransda ABŞ dövlət katibi Marko Rubio

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi keçirilir.  Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Proses rəsmi Bakının dünya hərb və hüquq tarixinə düşəcək növbəti zəfəri kimi dəyərləndirilir. Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan

Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə siyasi və iqtisadi əlaqələrinin davamlı şəkildə genişlənməsi, qarşılıqlı rəsmi səfərlərin intensiv xarakter alması ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş imicinin formalaşmasının bariz göstəricisidir. Bu kontekstdə Azərbaycanın yaxın dostu və strateji tərəfdaşı olan Serbiya ilə münasibətlər xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Bu səfər, eyni zamanda, Azərbaycanın son illər həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin növbəti uğurlu mərhələsi kimi qiymətləndirilir. Azərbaycan və Serbiya beynəlxalq münasibətlər sistemində bir-birinin suverenliyini

Azərbaycan və Serbiya əlaqələri diplomatik münasibətlər baxımından 1997-ci ildən başlayıb. Xüsusilə iki dövlət arasında 2011-2012-ci illərdə daha intensiv əlaqələr formalaşıb, münasibətlər həm iqtisadi, həm diplomatik, həm də digər sahələrdə artan dinamika üzrə inkişaf edib. Milli Məclisin deputatı Arzuxan Əlizadə qəzetimizə açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu dövr ərzində ölkələrimiz arasında 57 sənəd imzalanıb. "Strateji tərəfdaşlıqla bağlı hökumətlərarası komissiya iş aparıb, bir çox sahə üzrə ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində də Strateji Tərəfdaşlıq Şurasının

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkə arasında qarşılıqlı səfərlərlə bağlı önəmli məqamlara toxunub: “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik - həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən və əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm”. Maraqlıdır,

"Azərbaycan dövləti son illərdə ciddi siyasi və iqtisadi uğurlar əldə edib. Bu nailiyyətlər yalnız mərkəzi səviyyədə qəbul olunan qərarlarla deyil, eyni zamanda həmin qərarların effektiv və ardıcıl icrası ilə mümkün olub. Çünki istənilən strategiyanın real nəticə verməsi üçün onun düzgün icrası əsas şərtdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev vəzifəyə təyin etdiyi kadrlara mütəmadi olaraq xalqın yanında olmağı, özlərini dövlət məmuru deyil, xalqın xidmətçisi kimi görməyi tövsiyə edir: "Dövlət qulluğunun əsas missiyası xalq–dövlət birliyini möhkəmləndirmək, insanların sosial

İnsan hüquqları komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi uşaq müdafiəsi sahəsində yeni mexanizmlərin formalaşdırılmasını gündəmə gətirib. Layihəyə əsasən çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanması üçün səlahiyyətli qurum müəyyən ediləcək. Məsələ ilə bağlı Modern.az-a danışan İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, yeni qanun layihəsində əsas yeniliklərdən biri çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Deputat vurğulayıb ki, bu uşaqların müəyyənləşdirilməsi və gələcək taleyi ilə bağlı qərarların qəbulu müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə

Ermənistanda baş nazir Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında uzun müddətdir gedən qarşıdurma tədricən məntiqi sonluğa çatmaq üzrədir. Artıq II Qareginə qarşı cinayət işi açılıb. Onun əsasında da ermənilərin dini liderinin ölkəni tərk etməsinə qadağa qoyulub. Bu barədə məlumat verən vəkil Ara Zoqrabyan qeyd edib ki, həmin addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir. Görəsən, Paşinyan seçkiöncəsi revanşistlərin son dayağını sıradan çıxara biləcək? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, katolikosa qarşı açılan cinayət işi seçkilərə qədər öz