Sədrlik Azərbaycana keçdi: Yeni dövr başlayır
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib. Sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub. Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər
Azərbaycan Ermənistandan təzminat tələb edə bilər – deputat
“Torpaqlarımızın işğal altında olduğu 30 il ərzində müxtəlif Avropa qurumlarından Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ikili standartlara şahidlik etdik. Eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə fərqli yanaşma gördük. Bu, hələ də davam edir”. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputatın sözlərinə görə, Azərbaycan, təkcə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin, BMT-nin 4 qətnaməsini, Azərbaycan ərazilərinin işğal edildiyi faktını təsdiq edən qərarları da faktiki olaraq, yerinə yetirib:“Separatçılığa və terrorçuluğa qarşı mübarizənin Azərbaycan
Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələdə: “İnkişafa xidmət edir”
Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib. Səfər çərçivəsində Bakı ilə Aşqabad arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən geniş əməkdaşlıq paketi imzalanıb. Prezident İlham Əliyev və Sərdar Berdiməhəmmədovun iştirakı ilə iki ölkə arasında energetika, sənaye, gömrük, kənd təsərrüfatı, səhiyyə, sosial müdafiə və xarici siyasət sahələrində bir sıra mühüm sənədlər qəbul olunub. İmzalanan sazişlər Azərbaycan-Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə keçdiyini göstərir. Əldə olunan razılaşmalar iki ölkə arasında əməkdaşlığa hansı yeni imkanlar yaradacaq? “Cebheinfo.az”- a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri,
Dövlət qulluğunda yeni mərhələ: Azərbaycanda hansı islahatlar gözlənilir?
Dövlət və vətəndaş arasında körpü rolunu oynayan dövlət qulluqçuları ölkənin idarəetmə sisteminin əsas sütunlarından hesab olunur. Azərbaycanda hər il 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunub və həmin ildən etibarən qeyd olunur. Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyi ölkələrin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri hesab olunur. Texnoloji inkişafın sürətlənməsi və vətəndaşların dövlət xidmətlərindən gözləntilərinin artması dövlət qulluğu sisteminin də daim yenilənməsini zəruri edir. Bu baxımdan ölkədə son illər
Azərbaycandakı partiyaların Türk dünyası şöbəsi varmı? – SORĞU
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində siyasi, iqtisadi və humanitar inteqrasiya proseslərinin sürətləndiyi bir dövrdə üzv ölkələrin siyasi partiyalarının Türk dünyası ilə əməkdaşlıq sahəsində fəaliyyət mexanizmləri də diqqət mərkəzinə çıxır. Qardaş Türkiyənin hakim partiyasında Türk dünyası ilə əlaqələrə cavabdeh ayrıca şöbənin fəaliyyət göstərməsi fonunda Azərbaycandakı siyasi partiyaların bu istiqamətdə hansı institusional imkanlara malik olduğu maraq doğurur. Azərbaycan partiyalarında Türk dünyası ilə bağlı ayrıca struktur bölmələrin olub-olmaması, eləcə də gələcəkdə belə qurumların yaradılması perspektivi ilə bağlı məsələni araşdırdıq. Modern.az-a açıqlamasında deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə gələcəkdə
Arzuxan Əlizadə: Azərbaycan sabitlik və güclü iqtisadi siyasət sayəsində qlobal əməkdaşlıq platformasına çevrilib
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qazandığı mövqenin növbəti təsdiqidir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələrini və qarşıdakı dövr üçün müəyyən edilmiş strateji hədəfləri əks etdirir. Beynəlxalq etimad Azərbaycanın əsas üstünlüklərindən biridir Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanın ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək
Afsəddin Nəbiyev: “Sülh artıq bizim üçün bir xəyal deyil, Azərbaycan dövlətinin iradəsi ilə gerçəkləşən reallıqdır”
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib ki, Ermənistanın xalqımıza qarşı törətdiklərini heç vaxt unutmayacağıq, lakin gələcəyə baxmağı bacarmalıyıq: “Artıq təxminən bir ilə yaxındır ki, biz sülh şəraitində yaşayırıq və bunun müsbət nəticələrini görürük. Ermənistanın işğalçı qüvvələrinin xalqımıza və şəhərlərimizə qarşı törətdiklərini heç vaxt unutmayacağıq. Onların 65 məscidi dağıtmasını, xalqımızın dini hisslərini təhqir etmək məqsədilə məscidlərdə heyvan, o cümlədən donuz saxlamalarını heç vaxt unutmayacağıq. Biz Xocalı soyqırımını da heç vaxt unutmayacağıq. Lakin gələcəyə baxmağı bacarmalıyıq. Biz
Deputatlar hansı verilişlərə baxırlar?
Televiziya qarşısında keçirdiyimiz dəqiqələr, əslində, cəmiyyət olaraq maraqlarımızın, zövqümüzün və intellektual tələblərimizin aynasıdır. Son vaxtlar yerli efir məkanında aparılan islahatlar, bəzi qalmaqallı və sosial layihələrin qapadılması teleməkanın funksiyası ile bağlı müzakirələri yenidən alovlandırıb. Görəsən, hər gün cəmiyyətin problemlərini müzakirə edən, qanunlar təklif edən millət vəkillərimiz pultu əllərinə alanda özləri hansı verilişləri seçirlər? Onlar efirdə cəmiyyətin real mənzərəsini görə bilirlərmi? Modern.az olaraq deputatlar arasında sorğu keçirdik və onlardan hansı proqramları izlədiklərini, yerli televiziyaların mövcud vəziyyətini necə dəyərləndirdiklərini soruşduq. Məlum oldu ki, millət vəkilləri əyləncəli və şou xarakterli
Azərbaycan – İslam İnkişaf Bankı əməkdaşlığı: “Çox əhəmiyyətlidir”
“İslam İnkişaf Bankı və Azərbaycan arasındakı əməkdaşlıq ölkənin iqtisadi inkişafı və beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu təşkilatda 57 üzv dövlət birləşir:“Bu kontekstdə də Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığı İslam dünyasında iqtisadi əlaqələrin genişlənməsinə, yeni investisiyaların cəlb olunmasına və üzv ölkələrlə ticarət imkanlarının yaranmasına da çox böyük töhfədir. Eyni zamanda, bu işbirliyi digər beynəlxalq maliyyə institutları ilə də Azərbaycanın tərəfdaşlıq imkanlarını genişləndirmiş olur”. Millət
Deputat: “Azərbaycanın iştirak etmədiyi layihənin reallaşması mümkün deyil”
"Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır". Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib: "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır. Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır". Prezident qeyd edib ki, bu, həm