NIPA-30
a

Mass media

Azərbaycan regionda sabitliyin tərəfdarı olaraq İran–ABŞ münasibətlərində dialoqun bərqərar olmasına maraq göstərir. “Xalq Cəbhəsi”nə açıqlama verən deputatlar bildirib ki, İran Azərbaycanın cənub qonşusu və xarici siyasətində önəmli ölkədir. Hazırda Tehran və Vaşinqton arasında danışıqlar aparılır, amma hələ ciddi razılıq əldə edilməyib və proses strateji ehtiyatla davam edir. Deputat Arzuxan Əlizadə diqqətə çatdırıb ki, İran-Amerika münasibətləri hazırda qərgin fazada davam etməkdədir: “Əslində, danışıqlar baş tutmuş kimi görünür, amma istənilən halda məsələ burasındadır ki, hələ ciddi bir razılıq əldə edilməyib”. Millət vəkili qeyd edib ki, əvvəlki dönəmlərdə hətta

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə süni intellektlə bağlı sözləri diqqət çəkib. Ölkə başçısı bildirib ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın. Dövlətin kadr bazası necədir? Bu qədər vəzifəyə insan cəlb etməyə imkanlar yetərincədirmi? Yeni nazir müavinləri biznes strukturlarından cəlb ediləcək? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda idarəetmədə müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdən birinə çevrilib: “Son müşavirədə Prezident İlham Əliyev bu sahə ilə bağlı təklif və tapşırıqlarını səsləndirib. Qeyd olunub ki, son dövrdə bir sıra nazirlik və dövlət qurumlarında müxtəlif rəqəmsal

Azərbaycanın siyasi sferasında bir neçə şəxsin xarici ölkələrin xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq quraraq dövlət hakimiyyətinin ələ keçirilməsi planlarını müzakirə etməsi barədə iddialar ciddi rezonans doğurub. Yayılan məlumatlara görə, həmin şəxslər Əli Kərimlinin hakimiyyətə gətirilməsi üçün xarici qüvvələrin təşkilati və xüsusi resurslarından yararlanmaq məqsədilə müraciət ediblər. Bildirilir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv qəbul edilməsini öhdəsinə götürüb. Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Azərbaycan hüquqi dövlətdir: "Konstitusiya

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin 7 yaşı tamam olur. Əsas missiyası Azərbaycanda sosial proseslərin sistemli təhlili, ictimai rəyin öyrənilməsi və dövlətin strateji qərarlarının elmi əsaslarla dəstəklənməsi olan Mərkəz tərəfndən 2019-2026-cı illər ərzində ölkənin 14 iqtisadi rayonunu və 153.200 respondenti əhatə edən 171 sosioloji sorğu (o cümlədən 161 yerli, 10 beynəlxalq) layihəsi həyata keçirilmişdir. Eyni zamanda keyfyyət əsaslı tədqiqatlara 600-ə yaxın respondent cəlb edilib. 7 il ərzində Mərkəz əməkdaşları tərəfndən 160-dan çox analitik hesabat, 900-dən çox arayış, təhlil və təklif sənədi hazırlanmışdır. Fəaliyyəti dövründə STM

Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və bu Xartiyanın tərtib edilməsi ilə bağlı işçi qrupunun yaradılması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib. “Bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş ştatları ilə qururuq”, - deyə dövlətimizin başçısı əlavə edib. Eyni vaxtda ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq Azərbaycan üçün hansısa diplomatik çətinliklər yarada bilərmi? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP-in sədr müavini

Müstəqilliyin elan edilməsindən bu yana, son otuz beş ildə Azərbaycan bir çox regional təşkilatlara üzv olub. Həmin təşkilatlardan biri Müstəqil Dövlətlər Birliyidir. Ölkəmiz MDB-yə 1993-cü ilin sentyabrın 24-də üzv olub. 1991-ci ilin dekabrın 8-də SSRİ-nin üç qurucu respublikasının rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətini dayandırdıqlarını bəyan edən Belovejskaya müqaviləsi imzaladılar. Beləliklə, Müstəqil Dövlətlər Birliyinin əsası qoyuldu. Sözügedən müqavilə imzalandıqdan dərhal sonra Ukrayna, Belarus və RSFSR Ali Soveti tərəfindən ratifikasiya olundu. 1991-ci il dekabrın 21-də Almatıda (Qazaxıstan) keçmiş sovet respublikalarının dövlət rəhbərlərinin görüşündə

“Ötən il avqustun səkkizində Vaşinqtonda Azərbaycan prezidenti cənab İlham Əliyevlə ABŞ prezidenti Donald Tramp arasında bir razılaşma əldə olundu, müqavilə imzalandı. Eyni zamanda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması qərarı verildi. Bu məqsədlə hökümətlərarası işçi qruplar formalaşdı. Ötən altı ay ərzində işçi qrupların nümayəndə heyətlərinin qarşılıqlı səfərləri reallaşıb və artıq bir mükəmməl sənəd ərsəyə gətirildi. Fevralın 10-da isə, ABŞ-nin vitse prezidenti JD Vensin Azərbaycana səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında, prezident İlham Əliyev, qarşı tərəfdən isə vitse prezident Vensin imzası ilə Strateji Tərəfdaşlıq

“Azərbaycanın əsas hədəflərindən biri regionda dayanıqlı sülhün təmin olunmasıdır. Ermənistanla sülh prosesinin irəliləməsi yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, həm də regional təhlükəsizlik sisteminin qurulması, iqtisadi əməkdaşlıq platformalarının yaradılması, Cənubi Qafqazın sabitlik məkanına çevrilməsi deməkdir. Bu yanaşma regionu geosiyasi qarşıdurma zonasından əməkdaşlıq məkanına transformasiya edir”. Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, bu gün bölgədəki təhlükəsizlik strategiyasının müəllifi Prezident İlham Əliyevdir.“Bu proseslərin mərkəzində Prezident İlham Əliyevin yürüdüyü siyasət dayanır. Onun təhlükəsizlik strategiyası üç əsas istiqaməti birləşdirir. Bunlar regional sülh təşəbbüsləri, qlobal təhlükəsizlik sisteminə inteqrasiya,

TRİPP marşrutu çərçivəsində Ermənistan-Türkiyə əlaqələrinin nizamlanması prosesinin məntiqi şəkildə başa çatdırılması, o cümlədən Gümrü-Qars dəmir yolunun açılması da mühüm əhəmiyyət daşıyır. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə birgə keçirilən mətbuat konfransında bildirib. Bununla Paşinyan nə demək istəyir? Bununla sülh sazişinin imzalanmasından əvvəl Paşinyan Türkiyə-Ermənistan sərhədinin açılmasınımı nəzərdə tutur, yoxsa nə? Bunu Venslə görüşdə hallandırması hansı qənaətə gəlməyə əsas verir? Ermənistan ABŞ-dan xahiş edə bilərmi Türkiyəni məcbur etsinlər ki, sülh sazişindən qabaq Gümrü-Qars dəmir yolunu açsın? Biz bilirik ki,

Məlum olduğu kimi, Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Məsələ ilə bağlı Azinforum.az AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikirlərini öyrəndi. - Prezidentin Tahir Budaqovla bağlı qərarını necə dəyərləndirirsiniz? Bəziləri bunu onun vəzifəsinin aşağı salınması kimi baxır. Sizin buna münasibətiniz necədir? - Bəli, cənab Prezidentin sərəncamı ilə Tahir Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ola