Afsəddin Nəbiyev: “Avropa nə qədər “bu bizim müharibə deyil” desə də, onların manevr imkanları məhduddur”
Birləşmiş Ştatların İrana qarşı müharibəyə başladığı vaxtdan açıq hiss edilir ki, bu gün Avropa İttifaqının liderləri sanki prezident Donald Trampın İranda bataqlığa batmasında bu və ya digər dərəcədə maraqlıdılar. Hətta Avroittifaqın üzvü olmayan, tarixən hər zaman ABŞ-ın yanında yer alan Böyük Britaniya belə Trampın Hörmüz boğazı ilə bağlı çağırışına yox dedi. Baxmayaraq ki, Hörmüzün bağlı olması ABŞ iqtisadiyyatına yox, bilavasitə Avropa iqtisadiyyatına təsir edir. Çünki Körfəz ölkələrindən neft və sıxılmış qaz alan əsasən Avropa ölkələri idi. Ancaq Avropa liderləri olan Starmer, Makron, Mertz dedilər ki,
Onlar ölkəyə gətirilməli, ən sərt şəkildə cəzalandırılmalıdır — Deputat
"Bu fəaliyyətin qarşısı alınmalıdır. Belə fəaliyyət göstərən həmin cinayətkar ünsürlər müəyyən edilməli, ölkəyə gətirilməli və Azərbaycan qanunları ilə ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə bu cür hallar təkrarlanmasın" Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Prezidenti Azərbaycan dövlətinin, Azərbaycan xalqının atributudur: “Ona qarşı, onun ailəsinə, yaxınlarına qarşı yönəlmiş hər hansı bir bu cür qara yaxma, böhtan kampaniyası hər birimizə qarşı, dövlətimizə və xalqımıza qarşı edilən kampaniya kimi qəbul edilməlidir. Müqavimət güclü olmalı və hər birimiz mövqeyimizi ifadə etməklə bu cür hallara qarşı
Rəşad Bayramov: “Rusiyanın təsir vasitələri Ermənistanda Aİ-nin təsir imkanlarını məhdudlaşdırmaq qabiliyyətinə malikdir”
Avropa İttifaqı Ermənistanın xahişi ilə bu ölkəyə hibrid çevik müdaxilə qrupu göndərəcək. Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, bu addım parlament seçkilərinə müdaxilə ilə mübarizə aparmaq üçün zəruridir. “Biz Ermənistanı xarici müdaxilə ilə tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilərlər” - deyə Kallas qeyd edib. Aydın məsələdir ki, burada söhbət Rusiyanın müdaxiləsindən gedir. Maraqlı olan odur ki, Aİ Moldovadakı qədər Ermənistanda bu məsələdə uğur əldə edə bilərmi? Nəzərə almaq lazımdır ki, Moldovadan fərqli olaraq, Ermənistanda Rusiyanın hərbi bazası, Federal Təhlükəsizlik
Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib
16 mart 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. İclasda Siyasi Şura üzvləri, və partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarının sədrləri iştirak etmişlər. İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade ilk növbədə tədbir iştirakçılarını və bütövlükdə Azərbaycan xalqını qarşıdan gələn, milli adət ənənələrimizi özünüdə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək, xoş arzularını çatdırmışdır. Partiya sədri öz çıxışında bölgədə xüsusilə qonşu İran ərazisində cərəyan edən gərgin hərbi-siyasi proseslərə toxunmuş, Azərbaycanın milli təhlükəsizliyinin təmin
“İşğaldan azad olunmuş ərazilərə geri qayıdış təmin olunur” – DEPUTAT DANIŞD
"2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti olaraq əldə etdiyimiz möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdıq. Azərbaycanın işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsi azad olundu. Daha sonra həyata keçirilən lokal əməliyyatlar və nəhayət 2023-cü il Qarabağ antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazilərinə tam nəzarəti bərpa etdi və faktiki olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində Azərbaycanın üzərinə götürdüyü əsas və məsuliyyətli vəzifələrdən biri
Arzuxan Əlizadə: “ABŞ İranı daha şiddətli zərbələrlə danışıqlar masasına gətirmək istəyir”
Donald Tramp İrana qarşı hücumların gedişatı barədə danışaraq bildirib ki, əməliyyatlar yaxşı gedir. O qeyd edib ki, İran əvvəllər ABŞ ilə razılığa gəlmək istəmirdi. Trampın sözlərinə görə, hücumlardan sonra İranın özünü bərpa etməsi bir neçə il çəkə bilər. O həmçinin deyib ki, əvvəllər ABŞ ilə İran arasında nüvə sazişi üzrə razılaşma əldə etmək mümkün görünürdü, lakin İran sonradan geri çəkildi. Tramp əlavə edib ki, əməliyyatın nə qədər davam edəcəyinə qərar vermək ABŞ-ın əlindədir və lazım olsa onu uzatmaq, yaxud da qısa müddətdə dayandırmaq mümkündür. Doğrudan
Arzuxan Əlizadə: “Bunun davamlı hal alması Ankara ilə Tehran arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib. Belə ki, İrandan gələn və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. “Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə məsləhətləşmələr aparılır. Bölgədəki bütün inkişaflar milli təhlükəsizlik prioriteti olaraq diqqətlə izlənilir və qiymətləndirilir”, – məlumatda
Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi baza mövcuddur – RƏY
Son illər beynəlxalq təşkilatların müxtəlif hesabatlarında Azərbaycanla bağlı irəli sürülən bəzi iddialar ölkə ictimaiyyəti və rəsmi qurumlar tərəfindən birmənalı qarşılanmır. Xüsusilə, media sahəsi ilə bağlı hazırlanan sənədlərdə yer alan bəzi yanaşmaların obyektivlikdən uzaq olduğu, ölkədə həyata keçirilən islahatların və qanunvericilik dəyişikliklərinin mahiyyətinin düzgün qiymətləndirilmədiyi tez-tez vurğulanır. Bu baxımdan, bəzi beynəlxalq strukturların mövqeyinin siyasi və qərəzli xarakter daşıdığı barədə fikirlər səsləndirilir. Avropa Şurası tərəfindən jurnalistlərin təhlükəsizliyi və media azadlığı ilə bağlı yayımlanan hesabatda Azərbaycanla bağlı yer alan bəzi məqamlar da reallığı əks etdirməyən və birtərəfli
Birliyimizdən narahat olan qüvvələr var – Arzuxan Əlizadə
Son günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı xoşagəlməyən proseslərin şahidi olduq. Mövcud mənzərəyə istər ölkə daxilində, istərsə də qardaş Türkiyədə rəsmi olaraq kəskin etiraz bildirildi. Strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək istəyən qüvvələrə qarşı sarsılmaz birlik bir daha nümayiş etdirildi. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. – Son günlər Türkiyə mediasında Azərbaycanı hədəf alan bəzi materiallara rast gəlinir. Bu məsələ ilə bağlı hətta Türkiyə Böyük Millət Məclisi də bəyanatla çıxış edib. Sizcə, bu prosesin arxasında hansı məqsədlər dayanır? - İlk olaraq demək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir