Nikah şəhadətnaməsi müddətli verilə bilərmi? – AÇIQLAMA
Azərbaycanda nikah haqqında şədətnamənin müddətli olması təklif edilir. Bildirilir ki, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi kimi nikah haqqında şəhadətnamə də 10 illik verilsin, sənədin müddəti bitəndə uzatmaq üçün yenidən müraciət olunsun. Ölkəmizdə hazırda boşanmaların sayının artdığı əsas gətirilərək təklif edilir ki, hətta əmək müqaviləsi kimi beş ildən sonra nikah şəhadətnaməsi müddətsiz olsun. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə Pravda.az-a açıqlamasında deyib ki, bu, olduqca absurd təklifdir və heç bir halda qəbul edilməməlidir. “Sürücülük, şəxsiyyət vəsiqəsi ilə bağlı müddət tətbiq edilə bilər. Qanunvericilikdə də belə nəzərdə tutulub.
Bakı-İrəvan münasibətləri: İkitərəfli əlaqələr Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurdur
"Ermənistanla ikitərəfli əlaqələrin olması Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğur kimi dəyərləndirilməlidir". Bu sözləri Azərbaycanla Ermənistan arasındakı mövcud siyasi gedişatı şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, artıq uzun müddətdir Azərbaycan və Ermənistan arasında ikitərəfli kommunikasiyalar mövcuddur. Bu kommunikasiyalar həm də ikitərəfli hökumət nümayəndə heyətlərinin formalaşması, demarkasiya və delimikasiya kommisiyalarının formalaşması qismində davam etməkdədir: "Kommisiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və eləcə də Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir. Bu nümayəndə heyətlərinin bir neçə dəfə sərhəd bölgəsində görüşləri olub. Görüş çərçivəsində
Başa düşməlidirlər ki, sülh əslində Ermənistana lazımdır – Deputat
“Ermənistan cəmiyyəti bu vaxta qədər radikallar tərəfindən idarə olunub. Boş xəyalların, xəstə təfəkkürün üzərində qurulmuş dövlətçilik, yeni ərazilərin əldə edilməsi, "Dənizdən dənizə Ermənistan" xülyası ilə yaşayıblar və bunun acı nəticəsini gördülər. Əgər bu cür davam etmək istəyəcəklərsə, daha böyük faciələrlə üz-üzə qalacaqlar. Ümumiyyətlə, Ermənistan adlı dövlətin mövcudluğu sual altına düşə bilər. Paşinyan və onun komandası bunun fərqindədir. Mən hesab etmirəm ki, Ermənistanda əhalinin böyük hissəsi bu cür radikalların arxasınca getsin, çünki erməni cəmiyyəti əslində müharibə istəmir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O
“Azərbaycan terrorçuluqdan, separatçılıqdan qurtulmağın nümunəsini yaratdı” – Millət vəkili
“Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri antiterror əməliyyatlarının növbəti ildönümə təsadüf edirdi. İki il əvvəl keçirilən lokal antiterror əməliyyatı ilə Azərbaycan terrorçuları tam olaraq ərazilərindən çıxara bildi və öz torpaqları üzərində suverenliyini təmin etdi”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, artıq Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa və quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir: “Yeni yollar çəkilir, dəmir yolları, avtomobil yolları salınır, qısa müddətdə üç beynəlxalq hava limanı istifadəyə verilib, yeni yaşayış binaları, sənaye obyektləri tikilir, sənaye parkları
AFFA-da rəhbərlik dəyişməli, günahkarlar cəzalandırılmalıdır – Deputat
“Azərbaycan futbolu olduqca bərbad vəziyyətdədir və bu vəziyyət ilbəil daha da pisləşir. Azərbaycan millisi cırtdan ölkələr də daxil olmaqla, demək olar, bütün millilərə uduzub və reytinq cədvəlində hər il aşağıya doğru gedir. Belə durumda AFFA-nın tənqid olunması da təbiidir. AFFA-nın fəaliyyəti də, yanlış qərarları da göz önündədir”. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, 2005-2015-ci illəri əhatə edən dövrdə Prezident futbolun inkişafı üçün 1 milyard ayırmışdı, bu vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair şübhələr var: “Çox ciddi araşdırmalı olan məsələlər var. Məsələn, xaricdən
Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirmək imkanı qazanacaq – DEPUTAT
Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlikdən sonra sülh sazişinə doğru atılan addımlar yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan birgə bəyannamə və “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm tarixi hadisədir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın iqtisadi əməkdaşlıqla bağlı açıqlaması isə göstərir ki, siyasi dialoqla yanaşı, iqtisadi inteqrasiya imkanları da gündəmə gəlməkdədir. Bu, həm regionun sabitliyinə, həm də xalqların gündəlik həyatına müsbət təsir edə biləcək yeni perspektivlər
Afsəddin Nəbiyev: “Seçim üçün İrəvanın iki yolu var – ya əməkdaşlıq və inkişaf, ya da təcrid və iqtisadi geriləmə”
Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib. Nazir “Tramp yolu” layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistana müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. “Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur) sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər”, - nazir qeyd edib. Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerində hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək. Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də
Rəşad Bayramov: “Hindistanla İran Azərbaycanın artan logistik önəmindən narahatdırlar”
Tehranda Ermənistan, İran və Hindistan xarici işlər nazirliklərinin regional idarə rəhbərlərinin üçüncü üçtərəfli görüşü baş tutub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “2023-cü ilin aprelində İrəvanda keçirilən birinci iclasda və 2024-cü ilin dekabrında Yeni Dehlidə keçirilən ikinci iclasda qəbul edilmiş qərarlar nəticəsində əldə olunan irəliləyişlərə nəzər salınıb. Tərəflər, həmçinin, qarşılıqlı maraqların təmin edilməsi, regionda rifahın təşviqi üçün qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinin, xüsusilə Şimal-Cənub dəhlizinin kommunikasiyaları, eləcə də “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsi çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinin, bu məqsədlə Çabahar