AMİP-30
a

Author: admin_amip

Paytaxtda keçirilən müxtəlif tədbirlər zamanı dərslərin onlayn formada təşkili şəhərdə tıxac problemini aradan qaldırır. Bu həm də onu deməyə əsas verir ki, artıq universitetlərin, ixtisas müəssisələrinin bölgələrə köçürülməsinin vaxtı çatıb. Bu sözləri Tribuna.az-a millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə bildirib. O qeyd edib ki, universitetlərin bölgələrə köçürülməsi məsələsi gündəmdə qalmalıdır: “Bakı şəhəri kifayət qədər yüklənib və artıq bu yüklənmə gündəlik həyatımızda hər birimizə problemlər yaratmaqdadır. Bu problemin aradan qaldırılmasının vaxtıdır. Universitetlər köçürülməlidir. Həmçinin bir sıra mərkəzi icra qurumları, bəzi nazirliklər və komitələr regionlara

Azərbaycanın görkəmli ictimai-siyasi və elm xadimi, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.Hacıbaba müəllim Azərbaycanın müstəqillik mübarizəsində, dövlətçiliyimizin hüquqi əsaslarının qurulmasında, eləcə də elm və təhsil sahəsində misilsiz xidmətləri olan, xalqımızın yaddaşında xüsusi yer tutmuş bir şəxsiyyət idi. Onun ölkəmiz qarşısındakı xidmətləri heç vaxt unudulmayacaqdır.Uca Tanrıdan mərhumun ailəsinə, yaxınlarına və bütün sevənlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.Allah rəhmət eləsin, məkanı cənnət olsun!Etibar MəmmədovAzərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri17.05.2026

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma və “Böyük Qayıdış” prosesi davam etdikcə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların da Qarabağ və Şərqi Zəngəzurda təşkilatlanması məsələsi aktuallaşır. Modern.az saytı bu mövzuda partiyalar arasında sorğu keçirib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə: “AMİP-in işğaldan azad olunmuş ərazilər üzrə rayon təşkilatları fəaliyyət göstərir. Ağdam rayon təşkilatımız işğalda olarkən belə Quzanlı və Çovlan ərazisində mərkəz olaraq fəaliyyət göstərirdi. Kəlbəcər rayon təşkilatımız hazırda Bakıdan idarə olunur. Cəbrayıl rayon təşkilatımız isə Sumqayıtdan idarə olunur. Üzvlərimiz Cəbrayıla geri qayıtdıqdan sonra təşkilat orada fəaliyyət göstərəcək.

“XXI əsrin ən mühüm regional transformasiyalarından biri məhz 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda baş verdi. Bu müharibə yalnız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə nəticələnmədi. Eyni zamanda, onilliklər boyu region üzərində qurulmuş geosiyasi balansı, beynəlxalq vasitəçilik adı altında yaradılmış siyasi imitasiya mexanizmlərini və ikili standartlar sistemini də dağıtdı”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Onun szölərinə görə, uzun illər beynəlxalq hüquq, BMT qətnamələri və sülh danışıqları haqqında danışan böyük güclər əslində status-kvonun qorunmasına xidmət edən siyasət yürüdürdülər. “Ermənistanın işğal siyasəti beynəlxalq hüququn

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə beynəlxalq müstəvidə bu gün Azərbaycana olan hörməti bir sıra amillərlə əlaqələndirib: “Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu nə qədər yüksək səviyyədədir. Bizə olan hörmət, rəğbət, xoş münasibət getdikcə daha da genişlənir. Bütün bunların səbəbi var. Əlbəttə ki, bizim ləyaqətli siyasətimiz, sözlə əməl arasındakı birlik və təbii ki, bizim hərbi qələbəmiz. Mən bunu dəfələrlə demişəm, bunu indi hər kəs görə bilir. Təkcə bunu görmək üçün tarixçi olmaq lazım deyil. Qısa müddət ərzində bizim qədər

Bir Orxan Saffari yazar sifariş aldığı ağasının diqtəsi ilə yazıb ki, bəs demə Etibar Məmmədov uğursuz siyasətçi olub.Bir siyasətçinin uğurlu və ya uğursuz olduğunu müəyyən edən meyar nədir? Keçici vəzifə kürsüləri, yoxsa dövlətin təməlinə qoyulan və onilliklər keçsə də dəyərini itirməyən silinməz izlər?Əgər bir yazar bu gün çıxıb Etibar Məmmədovu "uğursuz siyasətçi" adlandırırsa, deməli, o, uğur anlayışını yalnız gündəlik siyasi konyunkturada və şəxsi kariyerdə görür. Lakin bəzi siyasi xadimlər var ki, onların fəaliyyətinin miqyası cari hakimiyyət mütənasibliyi ilə deyil, bütöv bir xalqın taleyində oynadıqları

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında mədəni və humanitar əlaqələrin son zamanlar zəiflədiyini və indi gücləndirilməli olduğunu bildirib. Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib ki, sıx mədəni və humanitar əlaqələr olmadan tam hüquqlu ikitərəfli əməkdaşlıq mümkün deyil. "Təəssüf ki, son zamanlar məhz bu sahə zəifləyib və indi onları gücləndirməyin vaxtıdır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzini bərpa edəcəyik" – deyə Kaluqin qeyd edib. Məlum olduğu kimi, 2025-ci ilin fevralında Bakıdakı Rusiya

“Bu gün ABŞ də müəyyən problemlərlə üzləşir. Amma ən ağır vəziyyətdə olan tərəf İran hesab olunur. Çünki müharibənin uzanması və gərginliyin davam etməsi İrana daha çox zərər verir”. Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “İran daxilində iqtisadi problemlər getdikcə dərinləşir. Sanksiyalar və blokada nəticəsində İranın neft satış imkanları ciddi şəkildə məhdudlaşıb. Bu vəziyyət davam etdikcə ölkənin problemləri daha da artır. Müharibə heç vaxt tərəflərin maraqlarına tam xidmət etmir. Amma ABŞ öz strateji maraqlarını təmin etmək üçün bu təzyiq siyasətini davam etdirə bilər. Mövcud passiv vəziyyət isə