AMİP-30
a

Author: admin_amip

Otuz bir il əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyuldu. Həmin gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Çünki məhz həmin günlərdə respublikamızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu.  1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. O vaxt vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə almışdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən

Xəbər verildiyi kimi, AMİP sədri Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində Avropa parlamentinə keçirilən seçkiləri izləmək məqsədilə İsveçin paytaxtl Stokholmda səfərdə olublar. Səfər İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyasının dəvəti ilə baş tutub. Partiyanın Mətbuat Xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində AMİP nümayəndə heyəti ilə İsveçin Xarici işlər naziri Tobias Bilström də daxil olmaqla Moderat partiyasının rəhbərliyində təmsil olunan yetkililər, o cümlədən İsveç parlementinin və Avropa parlamentinin Moderat partiyasından olan deputatları ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri

Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib. “Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Minsk Qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət

Cari ilin 6-9 iyun tarixləri aralığında Avropa İttifaqına üzv olan ölkələrdə Avropa Parlamentinə növbəti seçkilər keçiriləcəkdir. Azərbaycan Milli İstiqlal Partiyasının uzun illərdən bəri əməkdaşlıq etdiyi  İsveçin hazırda hakimiyyətdə olan Moderat partiyası Avropa Parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün AMİP rəhbərliyinə dəvət məktubu göndərib. Bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev 7-10 iyun tarixlərində İsveçin Stokholm şəhərində səfərdə olacaqlar.  Səfər çərçivəsində Moderat partiyasının rəhbərliyi, İsveç parlamentinin üzvləri, həmçinin, Moderat partiyasından Avropa Parlamenti üzvlüyünə namizədlərlə görüşlərin keçiriləcəyi, həmçinin,

"İrəvanda Paşinyan hakimiyyətinə qarşı həyata keçirilən etiraz aksiyaların heç bir nəticəsi olmayacaq".  Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Cebhe.info"-ya şərhində İrəvanda keşiş Baqrat Srbazanın rəhbərliyi altında keçirilən etiraz aksiyaların hansı nəticə ilə yekunlaşacağı sualına cavab verərkən bildirib. O bildirib ki, hazırda Baş nazir Nikol Paşinyana alternativ bir namizəd yoxdur: "Artıq bir aydır ki, İrəvanda etiraz aksiyaları davam edir. Aksiyalar Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması səbəbindən başlayıb. Ermənistanın Tavuş vilayətinin keşişi Baqrat Srbazanın rəhbərliyi ilə İrəvana yürüş təşkil edilib. Aksiyalar bu günə qədər davam edir.  Görünən budur ki,