AMİP-30
a

Author: admin_amip

Bu günlərdə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda sualları cavablandırarkən Prezident İlham Əliyev Qafqazla bağlı önəmli məqamlara toxundu. Ölkə başçısının fikrincə, Şimali Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın önəmi artır: “Qafqaz mürəkkəb bir ərazidir, təəssüf ki, Balkan ölkələri kimi. Balkan ölkələri və Qafqaz dünyanın ən gözəl guşələrindən biridir, lakin ən mürəkkəb və faciəvi tarixə malik olanlar da onlardır. Biz Şimali Qafqazda qardaşlarımızın faciəvi tarixini bilirik. Onlar da Cənubi Qafqazda olan azərbaycanlıların faciəvi tarixini bilirlər. Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər,

Afsəddin Nəbiyev: “Dövlətimiz digər platformalarda da uğurlu xarici siyasətini bu formatda davam etdirməlidir” “Biz əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçmişik”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib. Ölkə başçısının sözlərinə görə, Ukrayna və Gürcüstana illər əvvəl verilən vədlərə əməl olunmadı: “NATO on beş il bundan əvvəl Ukraynaya və Gürcüstana NATO üzvlüyünü vəd etmişdir. Bu mənim xatirəmdədir. Mən NATO-nun Buxarestdəki Zirvə görüşündə iştirak edirdim və Ukrayna ilə Gürcüstan bəzi aparıcı Avropa

“Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar”.  Bu fikirləri Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.  Göründüyü kimi, Azərbaycanın Qarabağla bağlı mövqeyi sabit olaraq qalır. Məqsəd bölgədə daimi sülhün əldə olunmasıdır. Bu baxımdan,

Xəbər verdiyimiz  kimi, Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşları İran tərəfindən “arzuolunmaz şəxs” elan edilərək ölkədən çıxarılıb. Azərbaycan XİN də yayılan məlumatı təsdiq edib və verilən açıqlamada qeyd olunub ki, ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.  Bəs bütün bunlardan sonra İran-Azərbaycan münasibətləri hansı istiqamətdə davam edəcək? İranın son vaxtlar münasibətlərin normallaşması istiqamətində atdığı addımlardan sonra diplomatların ölkədən çıxarılması kimi bir radikal qərar verməsinin, zaman-zaman Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanı hədələməsinin arxasında nə durur?  Sitat.info-ya açıqlamasında bu sualı

Arzuxan Əlizadə: “Bu dəfə də Ermənistan əvvəlki səhvləri təkrarlasa, nəticəsi onlar üçün daha ağır olacaq” “Otuz illik işğal onlara (Ermənistana) heç bir üstünlük vermədi”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən konfransda sualları cavablandırarkən deyib. Ölkə başçısının sözlərinə görə, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər: “Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuz illik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar

“Ermənilər özləri də çox yaxşı anlayırlar ki, sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsindən geri dönüş yoxdur. Azərbaycan 1991-ci ildən bu yana sərhədlərini tam olaraq bərpa edib. Bu da növbəti uğurdur”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O, Laçın-Xankəndi yolunda qurulan nəzarət-buraxılış məntəqəsində skayner aparatlarının qoyulduğunu və keçən yüklərin yoxlanılması ilə bağlı çox ciddi mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb: “Əslində Rusiyanın bu cür manevrlər etməsi və sülhməramlıların komandanının separatçılarla görüşərək, onlara ümid verməyinin məqsədi erməniləri bu mərhələdə incik salmamaqdır. Çünki Rusiya tərəfi də çox

Ermənistan Birləşmiş Millətlər Təşkilatında Rusiya əlehinə qətnamənin lehinə səs verib.  Qeyd edək ki, aprelin 30-da BMT-nin Baş Assambleyasının növbəti iclasında Ermənistan, Qazaxıstan, Çin, Türkiyə daxil olmaqla bir çox dövlətlər Rusiyanı təcavüzkar adlandıran qətnamənin qəbul olunmasına səs veriblər.  Bildiyimiz kimi, Ermənistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzv dövlətləridir, Çin isə Rusiyanın geostrateji müttəfiqi hesab olunur. Əvvəllər, BMT-nin iclaslarında Rusiya ilə bağlı məsələlərdə bitərəf və ya Moskvanın xeyrinə mövqe tutan İrəvan və Astana, eləcə də Pekinin Rusiyanın əleyhinə sənədə dəstək verməsi təəccüb doğurmaya bilməz. Onların addımları heç