AMİP-30
a

Author: admin_amip

Arzuxan Əlizadə: “Bu, Qərbin Ermənistanda hərbi baxımdan təmsil olunmasına hüquqi bazanın yaradılması deməkdir” Ermənistanın Avropa İttifaqı missiyası ilə bağlı oyunu davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində bildirib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edib. Çünki müşahidəçilərin sayı Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərinə nəzarət etmək üçün kifayət etmir. Təhlükəsizlik Şurasının katibi onu da əlavə edib ki, Ermənistan bütün tərəfdaşlarına həm insanların sayını, həm də digər imkanları artırmağı təklif edir. Maraqlıdır, A. Qriqoryan “digər imkanları artırmağı” deyəndə nəyi nəzərdə tutur? Bəzi

44 günlük Vətən müharibəsindən sonra Laçın yolunda sərhəd – keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin məntiqi sonluğudur. Belə bir qürurverici mərhələyə çatmaq xalqımıza asınlıqla başa gəlmədi. Vətən savaşından sonra Azərbaycan dövləti səbrlə, yüksək peşəkarlıqla ərazi bütövlüyümüzün bütövlükdə təmin olunması yolunda çətin sınaqlardan keçdi. Ancaq bu çətin sınaqlardan üzü ağ qalibiyyətlə çıxmağı bacardıq. Biz nə edə bilərdik?Böyük sınaqlarla üz-üzə qalmışdıq.

REAL Partiyasının sədri İlqar Məmmədov Minval.az-a müsahibəsində mümkün parlament seçkiləri,  Seçki Məcəlləsində dəyişikliklərlə bağlı danışıb. “2020-ci ildə biz çox məhdud nəticə əldə etdik. Biz bir namizədlə parlament partiyası olmuşuq. Gələcəyə gəlincə, bizim Prezident Administrasiyası və parlament rəhbərliyi ilə apardığımız dialoq nəticəsində formalaşan gözləntilərimiz var. Seçki sisteminin dəyişdiriləcəyi, proporsional təmsilçiliyin tətbiq ediləcəyi gözlənilir: ya qarışıq ,ya da sırf proporsional seçki sistemi. Hakim partiya bunda maraqlıdır və təşəbbüs hakimiyyətdən gəlir. Bu proses Azərbaycanla Ermənistan arasındakı münaqişə səbəbindən müəyyən qədər səngidi. Buna baxmayaraq, biz bilmirik ki, majoritar seçkilərə,

İlin sonlarında referendum gözlənilir Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər. Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib. O qeyd edib ki, seçki məntəqələri seçicilərin sayındakı dəyişikliklərə əsasən formalaşdırılacaq. Komissiyanın sədr müavininin sözlərinə görə, keçən il 832 seçki məntəqəsi yaradılıb, bu ilin may ayında seçici siyahılarının dəqiqləşməsi başa çatdıqdan sonra yeni seçki məntəqələri yaradılacaq. Bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aprelin 12-də isə MSK-nın iclası keçirilib və 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı