AMİP-30
a

Author: admin_amip

AMİP sədri Arzuxan Əlizadə "Sitat tv"nin canlı yayınında Qarabağda baş verən son prosesləri təhlil edib: "Bölgədə gərginlik artıb. Onsuz da elə əvvəldən bölgədə bir çox qüvvələrin maraqları toqquşurdu. Bu gün bir qədər də üst səviyyəyə keçib. Məlumdur ki, Paşinyan zamanında Ermənistana Qərb qüvvələri tərəfindən gətirildi.Hakimiyyətə gətirildikdən sonra üzərinə çox ciddi öhdəliklər qoyulub. Bu öhdəliklərdən biri də odur ki, Rusiyanın bu bölgədə nüfuzunu zəiflətsin, Ermənistanı Rusiyanın nəzarətindən tam olaraq çıxarsın və Qərbin nəzarətinə versin". Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.  https://www.youtube.com/watch?v=AB-r_igLuKs

Məlum olduğu kimi, Xankəndidəki qondarma separatçı qurumda keçirilən “prezident seçkisi” ilə bağlı əksər aparıcı dövlətlər, beynəlxalq təşkilatlar  və Avropa İttifaqı bəyanat yayaraq, bu “seçkini”, onun “nəticələrini” qəbul etmədiklərini bildiriblər. Lakin Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələr bu “seçkini” böyük uğur kimi qələmə vermək istəyirlər. Onlar həmçinin, Paşinyan hökumətini də rəsmən Xankəndidəki “seçki şousu”nun nəticələrini qəbul etməyə və separtatçıların yeni “lideri” Samvel Şahramanyanı təbrik etməyə çağırırlar. Belə ki, “Daşnaksutyun” partiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyan Nikol Paşinyanı indiyə kimi Şahramanyanı təbrik etmədiyinə görə tənqid edib. O, artıq

Ermənistanın “Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi”nin mətbuat xidməti məlumatına görə, İranlı mütəxəssislər Ermənistanda minatəmizləmə işlərinə cəlb olunacaqlar. Məlumatda qeyd edilir ki, avqustun 29-dan sentyabrın 2-dək Mərkəzin rəhbəri Vahinak Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Erməni mütəxəssislərin iranlı həmkarlar tərəfindən ixtisaslaşmış müəssisələrdə hazırlanması məsələsi müzakirə olunub: “İranın Minalardan Təmizləmə Mərkəzi tərəfindən Ermənistanda humanitar minatəmizləmə işlərinin aparılması və mümkün olarsa, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin göndərilməsi məsələsi də müzakirə edilib”. Qəribədir ki, indiyə qədər İran minatəmizləmə ilə bağlı bir dəfə olsun Azərbaycanana humanitar yöndə təklif

TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub.  Arzuxan Əlizadə siyasi partiyalarla bağlı yeni qanunun qəbulu ilə bağlı danışıb. O, bildirib ki, özünü radikal müxalifət kimi tanıdan az sayda partiya var ki, bu prosesi pislədilər, əslində isə həmin güclər illər ərzində hakimiyyətə gəlmək uğrunda deyil, müxalifət arasında birincilik uğrunda mübarizə aparıblar.  Ətraflı videoda: https://www.youtube.com/embed/RxAAi3Yvn6o

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a məlumatı təsdiqləyib. O, xatırladıb ki, əvvəlki qanun 30 il öncə qəbul edilmişdi buna görə də yeni qanunun qəbul edilməsi zəruri idi: “Bu proses siyasi partiyalara özünü təftiş etmək üçün fürsət yaratdı. Yerli təşkilatları yenidən siyahıya aldıq. AMİP 7200 nəfərlik siyahı təqdim etmişdi, ikinci mərhələdə 5875 nəfərlə qeydiyyatdan keçdik. Partiyamız köklü partiya olduğu üçün üzvümüz daha çoxdur. Ümumiyyətlə, bu proseslə bağlı siyasi cameədə uzun müddət danışıqlar gedib. Azərbaycan siyasi tarixində ilk dəfə partiyalar Milli

Bu dəfə revanşist rejimin əsarətində olan ermənilərə çörəklə uzatdığımız əlin necə qarşılanacağı və bu humanist addımın erməni xalqında hansı hissi doğuracağı sualı ilə qarşı-qarşıyayıq. Bakıdan Xankəndidə yaşayan erməniəsilli sakinlər üçün Ağdam yolu ilə göndərilən humanitar yük separatçı erməni ruhunu yumşalda biləcəkmi?  Maraqlıdır, Azərbaycanın ermənilərə humanitar yardımı regiona nə vəd edir? Politoloq Rəşad Bayramov bildirir ki, Azərbaycanın Qarabağda yaşayan ermənilərə göndərdiyi humanitar yardım erməni iddialarında hər hansı dəyişikliyə səbəb olmayacaq.  Onun fikrincə, separatçı rejim Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməyəcək. Politoloq hesab edir ki, Azərbaycan bu addımla