AMİP-30
a

Author: admin_amip

İran prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığında bildirib ki, məsələlər region ölkələri tərəfindən həll edilməlidir:  “İran bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq, Qafqaz regionu ilə kommunikasiya kanallarının və infrastrukturlarının açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir, bunu sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir. İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti müəyyənləşib və qayğı göstərmək lazımdır ki, Qafqaz regionu regiondankənar ölkələr üçün rəqabət meydanına çevrilməsin və məsələlər kənar tərəflərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həll

Ermənistan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində qurumun prezidenti Aşot Saqyan bəyan edib ki, 44 günlük müharibə, 2023-cü ilin sentyabr hadisələri və Qarabağ əhalisinin oranı tərk etməsi nəticəsində yaranan yeni çağırışlara cavab vermək lazımdır.  Akademiya prezidenti qeyd edib ki, son çağırışlar Ermənistanın bütün elm və təhsil sistemi qarşısında yeni tələblər irəli sürür. Bu isə ciddi islahatlar tələb edir. A.Saqyan bildirib ki, Akademiyada belə bir islahat planı hazırlanıb və səlahiyyətli orqanlara təqdim olunub. O, təhsil və elm haqqında yeni qanunun qəbulundan sonra

Prezident İlham Əliyev “Euronews” televiziyasının “Ölkənizin iqtisadi inkişafı ilə bağlı risqlərə dair narahatlığınız nədən ibarətdir” sualını cavablandırarkən qeyd etdi ki, nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial risq görünür. Ölkə başçısı bunu belə əsaslandırdı: “Çünki bugünədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə