AMİP-30
a

Noyabr 2023

Erməni mediası yazır ki, Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 10-20 min arasında dəyişir: “Rəsmi rəqəmlərə görə, artıq Qarabağdan Ermənistana köçən 10 mindən çox şəxs, qeyri-rəsmi olaraq isə 20 min nəfər Ermənistanı tərk edib”. Yeri gəlmişkən, təxminən bir ay əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin ölkədə qalmaq istəmədiklərini, davamlı olaraq ölkəni tərk etdiklərini demişdi. Həmçinin qeyd etmişdi ki, ölkəni tərk edən Qarabağ ermənilərinin sayı dəyişir. Belə görünür ki, bu gedişlə Ermənistanda Qarabağ ermənisi qalmayacaq. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda əzəldən Qarabağ

Uzun illər ərzində  ABŞ da daxil olmaqla bir sıra Qərb dövlətlərinin və bir sıra  beynəlxalq təşkilatların Azərbaycana yönəlik münasibətdə ikili standartlardan çıxış etməsinə şahidlik  etmişik. ABŞ Konqresində Azərbaycanın Qarabağ bölgəsinin gələcək taleyi adlı  məsələnin müzakirəyə çıxarılması da növbəti dəfə Azərbaycana yönəlik münasibətdən irəli gəlir. Təəssüflər olsun ki, bu dövlət 30 ilə yaxın müddətdə Azərbaycan torpaqları işğal altında olduğu sürəcdə Azərbaycana lazımi siyasi dəstək verməyib və ATƏT-in Minsk qrupunun həmsədrlərindən  biri olaraq da əslində münaqişənin aradan qaldırılması və Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində fəaliyyət

Bu gün Almaniya xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri başlayır. Berbok Bakıya İrəvandan gələcək. Belə ki, xanım nazir noyabrın 3-də İrəvanda olub. Bu, xarici işlər nazirinin 2023-cü ilin yazında Gürcüstana səfərindən sonra Ermənistan və Azərbaycana ilk, Cənubi Qafqaza isə ikinci səfəridir. Almaniyalı nazir bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək və bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyində birgə mətbuat konfransı keçiriləcək. Maraqlıdır ki, Almaniya XİN başçısının Prezident İlham Əliyevlə görüşü nəzərdə tutulmayıb. Belə ki, Berbok Almaniyadan hələ çıxmamış açıqlanan səfər proqramında bu məlum olmuşdu. Halbuki Almaniya

Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan eyni zamanda, güclü ordu da yaradırdı.  30 ilə yaxın müddət ərzində Azərbaycan keçmiş “Dağlı Qarabağ problemi”ni sülhlə həll etmək üçün hər şey etdi. Bunun üçün ATƏT-in Minsk qrupu kimi faktiki olaraq fəaliyyətsizlik nümayiş etdirən bir formatda nəticəsiz görüşlər keçirildi. Bəlkə də dünyada heç bir ölkə bu qədər səbr nümayiş etdirməzdi. Lakin Azərbaycan öz humanist mövqeyini ortaya qoyaraq məqsədinin sülh olduğunu illərdir sübut etdi.  Xüsusi vurğulanmalı digər məqam isə Prezident İlham Əliyevin Azərbaycan Ordusuna ayırdığı diqqətdir.  Ordu quruculuğu hər zaman Prezidentin