AMİP-30
Azərbaycan Milli İstiqlal Partiyası

BAŞSAĞLIĞI

Qardaş Türkiyənin cənub-şərqində baş vermiş və ölkənin bir sıra yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər hər birimizi dərindən kədərləndirdi. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından  dərin hüznlə başsağlığı verir və səbr diləyir, xəsarət alanlara Uca Tanrıdan şəfa diləyirik!  

Türk xalqının gücü və qətiyyəti ilə fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına inamımızı ifadə edirik.

Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır!

Tanrı Türkiyəmizi qorusun!

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri