AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyasının BƏYANATI

Azərbaycanın Milli İstiqlal Partiyası iyun ayının 20-də Gədəbəydə polislə yerli əhali arasında olan qarşıdurmadan narahatlıqlığını ifadə edərək, anoloji  hadisələrin təkrarlanmaması üçün hökuməti  məsuliyyətli addımlar atmağa  çağırır.  Gədəbəy  rayonunun Söyüdlü kəndində sionid tərkibli süni gölün (vanna) inşa edilməsinə yerli sakinlərin etirazı zamanı polisin yaşlı qadına qarşı qəddar davranışı, hər bir vətəndaşımız kimi bizləri də hiddətləndirir. Bir daha bəyan edirik ki, vətəndaşlarımızın konstitusion hüqlarlından istifadə edərək  etiraz etmək hüququ olduğu halda, dinc insanlara qarşı güc tətbiqi yolverilməzdir.  

Azərbaycan Milli İstiqlal Partiyası məsələ ilə əlaqədar hökumətin yaratdığı komissiya üzvlərinin bu bölgədə yaşayan vətəndaşlarla qarşılıqlı dialoq aparılmaqla qısa müddət ərzində problemin aradan qaldırılması istiqamətində təcili tədbirlər görüləcəyinə inamını ifadə edir.