COP29 ərəfəsində Azərbaycana qarşı total hücumlara REAKSİYA
“Təəssüf ki, Azərbaycana qarşı hücumlar artan və azalan xətt üzrə davam etməklə hər zaman olub. Biz bir sıra Qərb dairələrinin, beynəlxalq təşkilatların Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə mütəmadi qarşılaşırıq. Xüsusilə, torpaqlarımızın işğal altında olduğu dövrdə bu münasibəti hiss etmişik. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı total hücumlar bir qədər də güclənib. Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 tədbiri ərəfəsində müxtəlif dairələrdən, ABŞ də daxil olmaqla böhtan, şantaj, ləkələmə xarakterli hücumlara şahidlik edirik. Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, xüsusilə Qərb mediası nümayəndələri bu prosesdə fəallıq göstərirlər”. Bu
Afsəddin Nəbiyev: “Erməni tərəfi belə manipulyativ addımlarla vaxt qazanmağa çalışır”
Son dövrlər Ermənistanda belə fikirlərə tez-tez rast gəlinir ki, guya Azərbaycan COP29-dan sonra müharibəyə başlayacaq. Yəni Azərbaycan Ermənistana hücum edəcək. Erməni ekspertlər israrla bəyan edirlər ki, Azərbaycan Ermənistanın cənubuna hücum edərək Zəngəzur dəhlizinin keçən hissəsini ələ keçirəcək. Onların fikrincə, Azərbaycanı bugünə qədər bunu etməkdən çəkindirən faktor COP29 tədbiridir. Tədbir ərəfəsində Azərbaycan hücum etsə, ciddi risqlərlə üzləşəcək. O üzdən, tədbir başa çatandan sonra guya Azərbaycan hücuma başlayacaq. Maraqlıdır, Ermənistan bu cür təbliğat tezisi ilə nəyə nail olmaq istəyir? Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini
Deputat: “Qərbi Azərbaycana mütləq qayıdacağıq”
"Bizim bir şüarımız olmalıdır - Hamımız Qərbi Azərbaycanlıyıq. Biz doğma torpaqlara qayıdıb, soydaşlarımızın haqqını beynəlxalq müstəvidə qorumalıyıq". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılış mərasimində Qərbi Azərbaycanla bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. Deputat bildirib ki, son bir əsr ərzində Qərbi Azərbaycandan 1 milyondan artıq soydaşımız deportasiya olunub, soyqırıma məruz qalıblar: "Son belə deportasiya hadisəsi 1988-ci ildə baş verib. Nəticədə tarixi torpaqlarımızda bir nəfər də soydaşımız qalmayıb. Ermənilər etnik təmizləmə siyasətini 1988-ci ildə başa
Başsağlığı
Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, uzun illər ərzində AMİP Quba RT-nin formalaşmasında və fəaliyyətində xidmətləri olan əqidəli istiqlalçı, AMİP Ali Məclisinin üzvü Firudin Kazımlı vəfat edib.AMİP Lideri Etibar Məmmədov, AMİP Sədri Arzuxan Əlizadə Siyasi Şura, Ali Məclis, MİK və Mərkəzi Aparat adından Firudin müəllimin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk. Məkanı cənnət olsun!AMİP Mərkəzi Aparatı.28.09.2024.
Afsəddin Nəbiyev: “Onsuz da bu danışıqlarda hansısa bir nəticə mümkün görünmür”
Məlum olduğu kimi, sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub. Xarici işlər nazirlərinin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib. Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi
“Milli Məclisdə Etibar Məmmədovun təcrübəsindən faydalanacağam” –MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin Azpost.info-ya verdiyi müsahibəsini təqdim edirik: İlk dəfədir ki, millət vəkili olan A.Əlizadə ilkin təəssüratlarını, AMİP-in parlament fəaliyyətini necə quracağı, hansı təkliflərlə çıxış edəcəyi və digər məsələlər barədə danışıb: –Yeddinci çağırış Milli Məclisin ilk iclası barədə təəssüratlarınız nədir, sizin üçün toplantı nə ilə yadda qaldı? -Təəssüratlarım normaldır. Prezident İlham Əliyev çıxış etdi, deputatları təbrik etdi və mesajlar verdi. Ölkə başçısının bir saatlıq çıxışında əsasən də beynəlxalq aləmə ciddi mesajlar ünvanlandı. Daha sonra Milli Məclisin daxili Nizamnaməsinə əsasən,