AMİP-30
a

İyun 2024

Azərbaycanla sülh müqaviləsi layihəsinin mətni, demək olar ki, yekunlaşıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.  “Biz bu məsələ ilə bağlı Azərbaycanla danışıqlara cəlb olunmuşduq və Ermənistan bir ay ərzində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh müqaviləsini bağlamağa hazırdır”- deyə o, Tallində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə mətbuat konfransında bildirib. Mirzoyan qeyd edib ki, “azərbaycanlı həmkarları tərəfindən Ermənistanın sülh müqaviləsini bir ay ərzində imzalamaq təklifinə müsbət reaksiya” görmür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə

Müharibənin yazılmamış qanunları var.Bəzən elə hallar olur , həqiqət qaranlıqda qalaraq  işıq  üzü görə bilmir.Ancaq bu mümkündürmü?Əsla mümkün deyil. Həqiqətin üzə çıxması zamanla bağlıdır.Müharibə zamanı  adı itkin düşənlər  siyahısında olan Natiq  Qasımov haqqında həqiqətin ortaya çıxmasından sonra xalqımızın yaddaşında əbədi yaşayacaq Qəhrəmana çevrildi.Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də

“Fransa-Azərbaycan münasibətləri rəsmi Parisin yürütdüyü siyasət səbəbilə gərginləşib”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, gərginlik hələ də davam edir: “Çox təəssüf  ki, Fransa Azərbaycanın torpaqları işğal altında qaldığı 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi yürütdüyü siyasəti İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra bir qədər də gücləndirib. Rəsmi Paris ermənilərə dəstək verməyə davam edir, İrəvanla hərbi müqavilələr imzalayır. Üstəlik, əvvəl müdafiə silahları verirdisə, indi hücum təyinatlı silahlar ilə Ermənistan ordusunu təchiz edir. Hətta artıq Fransa hərbi

Prezident İlham Əliyev ilk dəfə bütün ölkə ərazisində keçiriləcək parlament seçkilərinin gününü təyin edəcək; Siyasi partiyalar seçki qərarını müsbət qarşıladılar Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra bu dəfə  parlament seçkiləri də bütün ölkə ərazisində olacaq. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Bu barədə parlament çoxluğunu təmsil edən YAP-da qərar verilib.  Hakim partiyanı  Milli Məclisdə təmsil edən deputatlar altıncı

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb. Bu sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub. “İyunun 13-də Brüsseldə Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib.  İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – sənəddə qeyd olunub. “Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə