AŞPA-dan ədalət gözləməyin mənası yoxdur – Politoloq
“Qəbul edilən qətnamə Azərbaycana qarşı ədalətsiz yanaşmanın təzahürüdür, tamamilə qərəzlidir. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəmədiyini heç bir halda həzm edə bilmirlər”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli yanaşması ilə bağlı şərhində bildirib. Politoloq bildirib ki, AŞPA tərəfindən Azərbaycan əleyhinə qətnamələrin qəbulu artıq ənənəvi hal alıb. Avropa Birliyi və Avropa Parlamenti kimi Avropa Şurası və AŞPA da Azərbaycana qarşı daim qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən qurumlardandır. Onun sözlərinə
İstintaq materialları Moskvadan alınmalıdır – Etibar Məmmədov
20 Yanvar qətliamı ərəfəsində odövrkü Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş deputat, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə bəhs edilən faciəyə bundan sonra beynəlxalq səviyyədə qiymət verilməsi üçün atılmalı olan addımlar, keçmiş SSRİ-nin varisi kimi Rusiya Federasiyası qarşısında bununla bağlı məsələ qaldırılmasının mümkünlüyü, buna rəsmi Moskvanın necə reaksiya verəcəyi və və s. haqqında danışdıq. – Etibar bəy, keçmiş Sovet imperiyası rəhbərliyi və ordusu tərəfindən Azərbaycana xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 34 il keçir. Onun əsas təşkilatçı və icraçıları; keçmiş
Afsəddin Nəbiyev: “Ermənistanı məhz Qərb dövlətləri yarı yolda qoyacaq”
Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə etiraf edib ki, Ermənistan Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmir: “Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik vilayətindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktik işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur. Paşinyan deyir ki, İran Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. Açıq desəm, mən onun dediklərində məntiq görmədim.
İrəvanın ağılsız siyasəti… – Bunun cəzasını Ermənistan özü çəkəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında bəyan etdiyi fikirlərə cavab verib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyana görə, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır: "Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz
İşğalda olan 8 kənd bu cür qaytarılacaq
“Ermənistan qeyd-şərtsiz və dərhal səkkiz kəndi Azərbaycana qaytarmalıdır”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şəhrində bildirib. Onun sözlərinə görə, zərurət yaranarsa, Azərbaycan Qazaxın yeddi kəndi və Naxçıvanın bir kəndini hərbi güc yolu ilə qaytarmalıdır. “Mütləq mənada bu işğala son qoyulmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara son müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclasında bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, ilk növbədə Azərbaycanın Qazax rayonuna bitişik olan dörd kənd boşadılmalıdır. Bundan sonrakı mərhələdə isə Qazaxın dörd anklav kəndi və