AMİP-30
a

Yanvar 2024

Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında bəyan etdiyi fikirlərə cavab verib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyana görə, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır: "Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz

“Ermənistan qeyd-şərtsiz və dərhal səkkiz kəndi Azərbaycana qaytarmalıdır”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şəhrində bildirib. Onun sözlərinə görə, zərurət yaranarsa, Azərbaycan Qazaxın yeddi kəndi və Naxçıvanın bir kəndini hərbi güc yolu ilə qaytarmalıdır.  “Mütləq mənada bu işğala son qoyulmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara son müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclasında bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, ilk növbədə Azərbaycanın Qazax rayonuna bitişik olan dörd kənd boşadılmalıdır. Bundan sonrakı mərhələdə isə Qazaxın dörd anklav kəndi və

Yanvarın 16-da Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının 2024-cü ildə ilk iclası keçirilmişdir. Gündəlikdə duran məsələlərdən biri və başlıcası 20 Yanvar Anım gününün 34-cü ildönümünə hazırlıq işləri və görüləcək tədbirlər planı müzakirə olunub müvafiq qərarlar qəbul edildi. Başda AMİP lideri Etibar Məmmədov olmaqla AMİP-çilər ənənəvi olaraq yanvarın 20-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olanların xatirəsini ehtiramla yad edəcəklər. Daha sonra qarşıdan gələn növbədənkanar Prezident seçkilərində AMİP-in müşahidəçilik missiyası, səsvermə günündə ölkənin bütün ərazisində seçki prosesini izləmək üçün AMİP təmsilçilərinin cəlb olunması məsələsi geniş