AMİP-30

Deputatlığa namizəd Arzuxan Əlizadənin seçicilərlə görüşləri davam edir – FOTOLAR

27 Saylı Sabunçu ikinci Seçki Dairəsidən deputatlığa namizəd Azərbaycan Milli İstiqlal Partiyası nın Sədri Arzuxan Əlizadə Ramana qəsəbəsində avqust 21-də saat 17:00-da seçicilərlə növbəti görüşünü keçirilib.

Görüşü giriş sözü ilə açan AMİP sədrinin Seçki Məsələləri üzrə sədr müavini Yəhya Həsənov deputatlığa namizəd Arzuxan Alizade nin həyat yolu barədə qısa məlumat verib, namizədin yüksək fərdi keyfiyyətlərə malik olduğunu vurğulayıb və seçiciləri qarşıdan gələn parlament seçkilərində fəal olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.

Özü barədə danışan Arzuxan Əlizadə Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə bu fəaliyyətini daha da genişləndirilməsi istiqamətində səylərini səfərbər edəcəyini vurğulayıb. Ramana qəsəbəsinin seçicilərinin nəzərinə çatdırıldı ki, qəsəbədə mövcud olan aktual məsələlərin həlli üçün müvafiq qurumlarla işlərinin effektiv aparılmasına zərurət var və gələcəkdə həyata keçiriləcək fəaliyyətlər zamanı bu kimi məqamlara ayrıca olaraq diqqət yetiriləcəkdir.

Çıxış edən Ramana qəsəbə sakinləri yaşadıqları ünvanlarda mövcud olan məsələlər haqqında məlumat verdilər və həmin problemlər barədə məlumatın aidiyyəti qurumlar qarşısında qaldırılmasının vacibliyini qeyd etdilər.Daha sonra deputatlığa namizəd Arzuxan Əlizadənin vəkili Azərbaycan Milli Qəhrəmanı Rövşən Əliyevin bacısı Fəridə Əliyeva Arzuxan Əlizadənin deputat seçiləcəyi halda seçicilərin ümidlərini doğruldacağını xüsusilə vurğuladı.Digər vəkil Afsəddin Nəbiyev AMİP -nın seçki platforması haqqında seçicilərə geniş məlumat verdi.

Tədbir iştirakçıları deputatlığa namizədə inandıqlarını və qarşıdan gələn parlament seçkilərində Arzuxan Əlizadəyə etimad göstəcəklərini bildirdilər.

Tədbirin sonunda görüş iştirakçılarının, seçicilərin suallarını ətraflı cavablandırıb.