AMİP sədri ABŞ səfirliyinin rəsmisi ilə görüşüb
Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərərgahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşmüşdür.
İşgüzar şəraitdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. O cümlədən AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunmuşdur. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev iştirak etmişdir.