AMİP-30

AMİP sədri Vaşinqtonda səfərdədir – FOTOLAR

Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə müavini Elşən Mustafayev 3-7 dekabr 2024-cü il tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumunda iştirak edirlər.

Partiya sədri , millət vəkili Arzuxan Əlizadə bildirib ki , Beynəlxalq Demokrat İttifaqının Vaşinqton Zirvəsi davam edir. Bu gün müzakirə mövzusu olan məsələlərdən biri də Ukraynada baş verənlər və Moldovadakı son seçkilər idi. Fasilədə Ukraynanın 5-ci Prezidenti Petro Paroşenko ilə, həmçinin bir neçə il əvvəldən səmimi münasibətlərimizin formalaşdığı Moldova Baş nazirinin müavini və hazırki Xarici İşlər Naziri Mixay Popşou ilə məsələlərə baxış bucağımızı bölüşdük.

Qeyd edək ki, AMİP 1999-cu ildən etibarən dünyanın 80-dən artıq ölkəsinin 100-dən artıq sağ-mərkəz yönümlü partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür.