Kreml Bakıya nümayəndə heyəti göndərir? – Deputatdan AÇIQLAMA
“İlk olaraq Rusiya Xüsusi Xidmət orqanlarına yaxın bir saytda belə məlumat yayımlandı ki, Rusiya prezidenti Azərbaycanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə heyəti göndərmək fikrindədir və bu heyət artıq formalaşmaqdadır. Nümayəndə heyətinin əsas missiyası Azərbaycan və Rusiya rəhbərliyi arasında münasibətləri normallaşdırmaq və iki ölkə arasındakı gərginliyi aradan qaldırmaqdır”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, münasibətlərin gərginləşməsinə səbəb olan tərəf məhz Rusiyadır: “Bu baxımdan da Rusiyanın ilkin addım atması məntiqlidir, belə də olmalıdır. İki ölkənin dövlət başçıları arasındakı münasibətləri və gərginliyin Rusiya tərəfindən yaradılmasını nəzərə
İşğaldan azad edilən torpaqlarda sülh çağırışı – Dünya miqyasında yeni liderlik modeli
“Azərbaycan 1992-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu müddət ərzində ölkəmiz artıq üçüncü dəfədir ki, təşkilatın zirvə toplantılarına ev sahibliyi edir. Əvvəlki iki zirvə görüşü Bakıda keçirilmişdi. Budəfəki – sayca 17-ci zirvə toplantısı isə işğaldan azad olunmuş ərazimizdə, Xankəndidə baş tutdu ki, bu da həm simvolik, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir" Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə səsləndirib. Deputat bildirib ki, dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən bu zirvə görüşü verdiyi mesajlarla dünyanın diqqətini çəkdi: “Bütün dünyanın gözü Azərbaycanda, konkret
Qərbi Azərbaycana qayıdışla bağlı atılan addımlar öz bəhrəsini verəcək – Deputat
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvəsi iqtisadi, xüsusilə də siyasi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edən tədbir idi. Məlumdur ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. Bu dövr ərzində artıq üçüncü dəfə idi ki, ölkəmizdə ECO-nun Zirvə toplantısı keçirilirdi. Bundan əvvəlki iki toplantı Bakıda baş tutub, Xankəndidəki sayca üçüncü Zirvənin xüsusi anlamı var. Bu, növbəti dəfə təsdiqləyir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı, geniş bərpa-quruculuq işlərini həyata keçirir, yeni infrastruktur layihələrini icra edir, faktiki olaraq insanlarımızın geri qayıdışı ilə həmin ərazilərdə
Bu, Trampın siyasətindəki ziddiyyətli məqamlardan qaynaqlanır (ŞƏRH)
"Belə yanaşma Trampın Ukrayna ilə bağlı yürütdüyü siyasətində ziddiyyətli məqamların olmasından qaynaqlanır". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bir neçə gün bundan əvvəl "Patriot” silahlarının Ukraynaya verilməyəcəyini bəyan edən ABŞ prezidenti Donald Trampın dünən birdən-birə əvvəlki mövqeyə qayıdaraq, Kiyevin sözügedən silahlarla təchiz ediləcəyi ehtimalı barədə bəyanatını şərh edərkən deyib. Arzuxan Əlizadə bildirib ki, Tramp son zamanlar tez-tez mövqeyini, fikirlərini dəyişən, bu gün bir, sabah isə başqa söz deyən dövlət başçısı kimi gündəmə gəlib. Ona görə də onun mövqeyi kifayət qədər ziddiyytli görünür: "Trampın tez-tez fikrini
AMİP-in konfransları davam edir – FOTLAR
Azərbaycan Milli İstiqlal Partiyasının növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir.Növbəti konfranslar 5-6 iyun tarixlərində Yasamal, Salyan, Neftçala rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib.Konfranslarda AMİP Sədri Millət vəkili Arzuxan Əlizadə, AMİP Ali Məclisin Sədri Rəşad Bayramov, AMİP Sədrinin Təşkilat Məsələləri üzrə müavini Afsəddin Nəbiyev, AMİP Sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev, AMİP MİK-nın Sədri Maarif Abbasov, AMİP MİK -nın Sədr müavini Elxan Əhmədzadə iştirak ediblər. AMİP- in növbəti XIII
Afsəddin Nəbiyev: “İndiki situasiyada ermənilər heç nəyə nail olmayacaqlar”
İsveçrə parlamentariləri Erix Fontobelle və Lukas Reimann ABŞ Konqresinin üzvlərinə və əməkdaşlarına “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz vətənlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək” üçün davam edən səylər barədə məlumat verəcək. Bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat yayıb. İyulun 8-də ABŞ Konqresində isveçrəli deputatların brifinqi nəzərdə tutulub. Brifinqdə Ermənistanın keçmiş xarici işlər naziri və üzdəniraq “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsinin sədri” Vardan Oskanyan və Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybner də iştirak edəcək. Oskanyan yerli mediaya müsahibəsində yenə
Azərbaycanla Özbəkistanın ortaq hədəfləri – ŞƏRH
“Azərbaycan və Özbəkistanı tarixi bağlar və ortaq strateji maraqlar birləşdirir” "Azərbaycanla Özbəkistanı birləşdirən münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Bu əlaqələr dərin tarixi, mədəni və strateji bağlara əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, sonrakı illərdə müxtəlif sahələr üzrə 200-dən çox saziş və müqavilə imzalanıb". Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzuxan Əlizadə bildirib. Deputat qeyd edib ki, 2022-ci ilin avqustunda imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələr arasındakı münasibətlərin yeni mərhələyə qədəm
Təyyarəmizi vurdular, indi xalqımıza əl qaldırırlar: Yekaterinburq olayları hara aparır?
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən xüsusi əməliyyat təkcə hüquqi yox, siyasi və etnik kontekstdə də ciddi narahatlığa səbəb olub. Təhlükəsizlik qüvvələrinin yerli azərbaycanlılara qarşı nümayiş etdirdiyi sərt və qeyri-insani münasibət sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) tərəfindən həyata keçirilməsi isə məsələni daha da ağırlaşdırır. Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə baş verənləri açıq şəkildə “dövlətin həyata keçirdiyi cinayət” adlandırıb və bunun cavabsız qalmayacağını bildirib. O, Rusiyada son dövrlərdə azərbaycanlılara qarşı artan təzyiqlərin,
“Beynəlxalq tədbirlərin Xankəndidə keçirilməsi həm də siyasi mesajdır” – Deputat
"Beynəlxalq tədbirlərin Xankəndidə keçirilməsi həm də siyasi bir mesajdır”.AZXEBER.COM xəbər verir ki, bu sözləri AZTV-də yayımlanan "Hədəf” verilişində qonaq olan Milli Məclisinin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Xankəndi Azərbaycanın uzun illər ağrılı yarası olsa da, hazırda Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "Xankəndi Azərbaycan üçün uzun illər ağrılı yara olub. Hazırda isə həm Şuşa, həm də Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkana çeviriliblər. Bu kontekstdə təbii ki, səviyyəli tədbirlərin orada keçirilməsi dünyanın diqqətinin Xankəndiyə yönəlməsi deməkdir. Xankəndidə Türk dövlətlərinin başçılarının iştirakı, eləcə də digər dövlət