AMİP-30
a

May 2025

İran Azərbaycanla qonşu dövlətdir və əsrlər boyu ortaq tarixə, mədəniyyətə və dini köklərə malik ölkələr kimi xalqlarımız arasında dərin bağlar formalaşıb. Bu tarixi və mədəni yaxınlıq eyni coğrafi məkanda yerləşən iki ölkə üçün münasibətlərin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan daim regiondakı qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və dostluq münasibətlərinin tərəfdarı olub. Bizim prinsipial mövqemiz həm tarixi məsuliyyətlərimizdən, həm də regional sabitliyə və tərəqqiyə töhfə vermək niyyətimizdən qaynaqlanır. Baxmayaraq ki, müəyyən dövrlərdə İran rəsmiləri tərəfindən Azərbaycana qarşı qeyri-dost ritorika və davranışlar müşahidə

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında ataların da rolu danılmazdır.Ona görə də imtiyazın ailədə yalnız anaya şamil edilməsi maraq doğurur.Nəzərə alaq ki, son illərdə çoxuşaqlı ailələrin sayı sürətlə azalır. Belə bir məqamda ailə institutunun böyüdülməsi üçün yeni təşviq alətlərindən istifadə vacibdir. Belə alətlərdən biri də erkən pensiya hüququnun atalara da şamil edilməsidir.Bəs çoxuşaqlı ataların daha tez pensiyaya çıxması gözlənilirmi?Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov bildirib ki, qanunvericiliyə

May ayının 5-9 da İsveçdə keçirilən “Azad Cəmiyyətin Prinsipləri” (Spring School 2025) beynəlxalq yaz məktəbində Azərbaycanı  AMİP-in Gənclər Təşkilatının nümayəndələri təmsil edir. Bu yaz məktəbi İsveçin hakimiyyətdə olan Moderat partiyasının  Jarl Hjalmarson Fondu (JHS) tərəfindən təşkil olunub və gənc siyasi fəalların azad cəmiyyətin əsas prinsipləri ilə tanış olmalarını, təcrübə mübadiləsi aparmalarını və beynəlxalq dialoqu təşviq etmələrini hədəfləyir. Proqram çərçivəsində iştirakçılar bir sıra vacib mövzular üzrə –  hüququn aliliyi, demokratik institutların gücləndirilməsi və fərdi azadlıqlar – interaktiv təlimlərdə iştirak edirlər. AMİP-in gənc nümayəndələri, öz fəallıqları, geniş

"Dünən deputat Azər Badamovun Moskvada saxlanılması və Həştərxan reysinə buraxılmaması barədə xəbər məlumat yayılıb. Bu, ciddi skandaldır.  Rusiya Dövlət Dumasının deputatı Valuyev bir müddət əvvəl azərbaycanlılar haqqında tərbiyəsizcəsinə fikirlər səsləndirdi. O zaman Azər Badamov Valuyevin tərbiyəsizliyinə lazımi cavabı vermişdi. Mən və digər həmkarlarımız da bununla bağlı öz fikirlərini bildirmişdilər". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.  Deputat bildirib ki, hələ  bizim digər həmkarlarımızın istənməyən şəxs siyahısına salınıb-salınmaması məlum deyil: "Rusiya ən azından məsələ ilə bağlı Azərbaycanı məlumatlandırmalı idi. Azərbaycan və Rusiya arasında strateji mütəffiqlik səviyyəsində münasibətlərin normal

İşğaldan azad olunan Xocalıda üçüncü dəfə kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir. Qeyd edək ki, Xocalıda ötən ilin fevralında iki kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Onlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkar edilib. O bildirib ki, qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir: “Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu

Prezidenti Vladimir Putin Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddəti 133 gün uzadan sərəncam imzalayıb. Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb.Bu qərar soydaşlarımıza necə təsir edəcək?Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Millət vəkili Arzuxan Əlizadə deyib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiyada yaşayan miqrantların hüquqi statusu ilə bağlı əvvəl mövcud olmuş qərarın müddətinin uzadılması ilə bağlı sərəncam imzalayıb:“Həmin sərəncama müvafiq olaraq Rusiyada yaşayan miqrantların hüquqi statuslarının nizamlanması

Kremldən bildirilib ki, Narendra Modi Moskvadakı 9 may paradında iştirak etmək üçün Moskvanın rəsmi dəvətindən imtina edib. Kremlin mətbuat katibi Dmitri Peskov aprelin 30-da bildirib ki, Modi Rusiya prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü ilə bağlı təntənəli tədbirlərdə iştirak etmək dəvətini qəbul etməyib. Peskov bildirib ki, Modi aprelin əvvəlində rəsmi dəvət aldığını, lakin "gəlməyəcəyini" bildirib. "Hindistan təmsil olunacaq, lakin yüksək səviyyədə deyil", - deyə Peskov bildirib. O, əlavə edib ki, Hindistanın baş naziri imtinasının səbəbini açıqlamayıb. Möskvada böyük ümidlər var idi