Deputat: “Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda mühacir həyatı yaşayan bəzi şəxslər ölkəyə gətirilə bilər”
“Mühacirlərin ölkəyə qaytarılması barədə Azərbaycan tərəfinin hüquqi müstəvidə tələbləri olacaqsa, təbii ki, Almaniya və Azərbaycan arasındakı münasibətlər fonunda məsələ Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnə bilər. Bu, istisna edilmir. Xüsusilə, Azərbaycanın son dövrlər artan nüfuzu, gücü deməyə əsas verir ki, Azərbaycan dövləti bütün proseslərdə haqlı mövqedən çıxış etməklə öz haqqını, hüququnu ən yüksək səviyyədə qorumağa, təmin etməyə qadirdir. Biz artıq belə bir dövlətə çevrilmişik. Almaniya Prezidentinin Azərbaycana səfəri ərəfəsində baş verən xoşagəlməz hadisə buna bariz nümunədir. Almaniya Prezidenti Azərbaycandan əvvəl Ermənistana səfər etmişdi. Bir
Aprel döyüşləri nəticəsində ermənilərin uydurduğu “ordunun məğlubedilməzliyi” sindromu sındırıldı – ŞƏRH
Aprel döyüşləri tarixi zəfərimizə gedən yolda ilk müjdə oldu. Bu döyüşlər xalqımıza ilkin qələbəni yaşatmaqla strateji yüksəkliklərin erməni işğalından azad edilməsinə gətirib çıxardı. Beləliklə, ermənilərin yalandan uydurduğu “ordunun məğlubedilməzliyi” sindromu sındırıldı. Milli Məclisin deputatı Arzuxan Əlizadə isə Trend-ə açıqlamasında Aprel döyüşlərində əldə olunan nəticələrdən bəhs edib: “2016-ci il aprel 2-də Azərbaycan Silahlı Qüvvələri çox ciddi hərbi əməliyyat həyata keçirdi. Nəticədə Lələtəpə yüksəkliyi, eləcə də Tərtərin Talış kəndi ətrafındakı strateji yüksəkliklər, həmçinin Cocuq Mərcanlı kəndi, Gorboyun Gülüstan, Tərtərin Qazaxlar, Suqovuşan kəndi istiqamətində, eləcə də digər istiqamətlərdə bir sıra strateji
Etibar Məmmədov “Vətən Övladı” mükafatı ilə təltif olundu
“Dədə Qorqud Fondunun” Prezidenti Eldar İsmayılov Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri ,İstiqlalçı deputat, Azadlıq hərəkatının liderlərindən biri Etibar Məmmədova 70 illiyi münasibətilə keçirilən tədbirdə “Vətən Övladı” mükafatını təqdim edib. Bu mükafat indiyədək Azərbaycanın say-seçmə övladlarına, Milli qəhrəmanlara, elm, ədəbiyyat və incəsənət xadimlərinə, dövlət başçılarına, din xadimlərinə, vətən, dövlət qarşısında xidməti olan insanlara təqdim edilib. Mükafatın təqdim edildiyi insanlar sırasında ölümlərindən sonra Milli qəhrəmanlar Mübariz İbrahimov, Albert Aqarunov, elm və incəsənət xadimləri akademik Ziya Bünyadov, Tahir Salahov, Məmməd Araz kimi korifeylərin adı var. Bütün İstiqlalçılar
Milli istiqlal uğrunda mübarizə aparan lider – Etibar Məmmədovun 70 illik yubileyi – VİDEO
Aprelin 1-də Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq deputat Etibar Məmmədovun 70 illik münasibəti ilə çap olunan "İstiqlal yolu" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, siyasi partiya rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan "İstiqlal yolu" kitabının müəllifi tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, kitab 2 cilddə hazırlanıb. Qanun nəşriyyatında nəşr olunan kitabın I cildi Etibar Məmmədovun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəlinə qədərki dövründən,
Rəşad Bayramov: “Düşünmürəm ki, yeni kansler olacaq Fridrix Merts başqa dövlətlərin daxili işinə müdaxilə etsin”
Angela Merkelin kanserliyi dönəmində (2005-2021)Almaniya-Azərbaycan münasibətləri yaxşı olub. Hətta 2019-cu ildə Merkel çıxışların birində dolayı və üstüörtülü olaraq eyham vurdu ki, Qarabağda erməni separatçılarının arxasında Rusiya olub. Ancaq 2021-ci ilin sonlarında Merkel gedəndən sonra ASDP-nin timsalında qurulan Almaniya hökuməti ermənilərin maraqlarından çıxış etməyə başladı və bu, bu günə qədər müxtəlif formalarda özünü göstərir. Dəfələrlə alman mediasında Azərbaycanla bağlı qərəzli matereallar dərc edilib, suverenliyimizə qarşı pozucu mövqe sərgilənib. Müqayisə üçün qeyd edək ki, Merkel Xristian Demokrat Partiyasını təmsil edirdi. Bu dəfə də Almaniyada yeni hakimiyyəti fevralda seçkilərdə
Trampın Rusiya siyasəti uğursuz oldu – Arzuxan Əlizadədən UNİKAL TƏHLİL – VİDEO
AMİP sədri, deputat Arzuxan Əlizadə TV Müsavat-ın canlı efirində qonaq olub və ABŞ prezidenti Donald Trampın Rusiya siyasəti ilə bağlı fikirlərini bölüşüb. Əlizadə çıxışı zamanı Tramp administrasiyasının Rusiya ilə münasibətlərdə gözlənilən nəticələri əldə edə bilmədiyini və bu siyasətin uğursuz olduğunu qeyd edib. Deputat, həmçinin, ABŞ-ın indiki və keçmiş administrasiyalarının Ukrayna müharibəsi, Qərbin sanksiya siyasəti və Rusiya ilə geosiyasi qarşıdurması fonunda atdığı addımları dəyərləndirib. Daha ətraflı – videoda: https://www.youtube.com/embed/_lWxJ1A9I-8
Etibar Məmmədov – 70
Şəxsiyyət Onunla ilk tanışlığımın əsası ötən əsrin son qərinəsində – 1992-ci ilin iyul ayının 2-də boy almışdı. Çox dəyərli, izzətli qohumum, fəzilətli insan, şücaətli iş adamı Məhəmməd Həbulla oğlu Bəşirov hər ikimiz üçün münasib vaxt seçərək elə yenicə mücadilə təşnəsi tapan azadlıq aşiqlərinin “ilk qaranquş” adlandırdıqları AMİP partiya qərargahında (Bakı şəhərinin Binəqədi rayonunda) bizim üçün ilk görüş müsamirəsi təşkil etdi. Onu da deyim ki, bu məkanda məskunlaşan sakinlərin əksəriyyəti deportasiyaya məruz qalan qaçqın, qaçqınlıq, köçkünlük, didərginlik görmüş, ağır iztirablara düçar olmuş insanlar olduğundan demək
Deputat: “Aparıcılarla bağlı ölçü götürülməlidir”
"Dünəndən aparıcılardan birinin efir zamanı səsləndirdiyi fikirlər gündəm olub. Zaman-zaman fərqli verilişlərdə bu cür adekvat olmayan fikirlər səsləndirilir. Məsələ hər dəfə gündəm olduqdan sonra unudulub gedir. İstənilən halda Azərbaycan ictimaiyyətinə qarşı normal olmayan fikir efirdən səsləndirilirsə, bunun qarşılığı olmalıdır". Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Audiovizual Şura bu cür açıqlamalarla gündəmə gələn aparıcılarla bağlı ölçü götürməli, televiziya rəhbərlərinə xəbərdarlıq edilməlidir: "Təkcə teleaparıcılar deyil, bir çox verilişlər Azərbaycan əxlaqına, mədəniyyətinə uyğun deyil. Verilişlərə cəmiyyətdə reputasiyası aşağı olan insanlar dəvət edilir, onların dili ilə hanısa