AMİP-30
a

Aprel 2025

Fransa növbəti dəfə anti-Azərbaycan mövqeyini nümayiş etdirib. Bu dəfə isə adıçəkilən ölkənin xarici işlər naziri Jan-Noel Barrot Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndiriləcəyinə ümid etdiyini deyib: “Ümid edirəm ki, Ermənistanda yerləşdirilən Avropa missiyası genişləndiriləcək. Bununla da Ermənistan-Azərbaycan sərhədində bu gərginliyi müşahidə edə və nəzərətdə saxlaya bilərik”. Bununla da rəsmi Paris özünə aid olmayan məsələlərə müdaxilə cəhdlərinə davam edir. Üstəlik, nazir Azərbaycan-Ermənistan sərhədində hansısa gərginlik olduğunu iddia etməklə həm beynəlxalq ictimaiyyəti aldadır, həm də təxribat törədir. Görünən odur ki, Fransanın bu mövqeyi regionda gərginlik yaratmağa hesablanıb. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)

Son illərdə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da qida sektrunda onlayn sifariş və çatdırılma üsulu inkişaf edib. Lakin bu inkişaf özü ilə yeni problemlər də gətirib. Belə ki, çatdırılma prosesində mühərrik həcmi kiçik olan moped və digər nəqliyyat vasitələrindən istifadə edilir. Bu nəqliyyat vasitələrinin əksəriyyəti isə qeydiyyata alınmayıb. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı artıq uzun müddətdir yeni qanun layihəsi hazırlanır və layihə artıq müzakirə və təsdiq edilməsi üçün parlamentə göndərilib. Mövzu ilə əlaqədar saytımıza açıqlamasında deputat Arzuxan Əlizadə deyib ki, parlamentin

Azərbaycan dövlətinin durmadan artan nüfuzu və iqtisadi qüdrəti dünya dövlətlərini ölkəmizlə hesablaşmağa vadar edir. Təsadüfi deyil ki, bu gün beynəlxalq aləmdə Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu söz sahibi və qüdrətli siyasi xadim kimi qəbul olunur.   Azərbaycanın diplomatik uğurları Son zamanlar istər Avropa, istərsə də Şərq dövlətlərinin lideriləri Azərbaycan Prezidentini beynəlxalq və regional tədbirlərə ali qonaq kimi dəvət edir. Qeyd etmək yerinə düşər ki, son zamanlar Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı

"İran-Azərbaycan münasibətlərinin normal məcrada inkişafı regionda sülhə və sabitliyə xidmət edən başlıca faktordur". Bu sözləri Azərbaycan-İran münasibətlərini şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq və münasibətlərin formalaşmasında maraqlıdır. Bununla bağlı ölkəmiz öz mövqeyini istər şimal, istərsə də cənub qonşusuna hər dəfə bildirib. Ölkəmiz bunu sözlə ifadə etməklə yanaşı, əməli addımlarla da qarşılıqlı əməkdaşlıq formatında münasibətləri inkişaf etdirdiyini nümayiş etdirib. Müsahibimizin sözlərinə görə, Azərbaycanla İranın münasibətlərinin normallaşması maraqlarımız çərçivəsindədir: “Təəssüf ki, uzun illər ərzində Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq, İranın

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Tramp ikinci prezidentlik dövründə Azərbaycanın bölgənin ən güclü dövləti olduğunu nəzərə alacaq, ABŞ-ın milli maraqlarına uyğun siyasət aparacaq və ABŞ-Azərbaycan münasibətləri daha fəal olacaq: “Ona görə də ikinci prezidentliyi dövrü, - əlbəttə ki, bu mənim qiymətləndirməmdir, - birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühüm məsələlər barədə açıqlamalar verib. Dövlət başçısı xatırladıb ki,  Azərbaycan Qoşulmama Hərəkatına uğurla ev sahibliyi edib: “Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq". Hərəkatda müəyyən zəifləmənin olduğu zaman Azərbaycanın ona yeni dinamika gətirdiyini, parlament platformasını yaratdığını deyən dövlət başçısı qeyd edib: “O, uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platformasını təsis etdik. Bütün bunlar Azərbaycanın yaratdığı hekayətdən xəbər verir. Biz

"Mayın 1-dən Bakı-Tiflis dəmir yol qatarının ikitərəfli gediş-gəlişi ilə bağlı məsələ gündəmdədir. Hər iki tərəfin hökumət nümayəndələri bununla bağlı öz mövqelərini bildiriblər və yolun açılacağı gözlənilir". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.  Deputat bildirib ki, bu bütövlükdə quru sərhədlərin açılması demək deyil: "Quru sərhədlərin açılması üçün həmin sərhədlərdən avtomobil yolu ilə sərnişinlərin keçməsinə şərait yaradılmalıdır ki, bununla bağlı hələ konkret mövqe yoxdur. Mövqe əslində ondan ibarətdir ki, hələlik quru səhədlər bağlı qalsın və bu müddət də iyul ayının 1-nə kimi uzadılıb".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi, təhlükəsizliyin bölünməzliyi prinsipinin praktikada tətbiqi və Avrasiya problemlərinin həllində Avrasiya dövlətlərinin əsas məsuliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb”. Bildirilir ki, Lavrov açılış nitqində Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib və NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib: “Müzakirə zamanı