Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir?
“Ümidvarıq ki, Trampın növbəti hakimiyyəti dönəmində ABŞ-Azərbaycan münasibətləri daha da normallaşacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində 2025-ci ildə yanvarın 20-də inaqurasiya mərasimindən sonra ABŞ-nin prezidentlik postuna yiyələnək Donald Trampın Cənubi Qafqaz siyasəti ilə bağlı suala cavablandırarkən bildirib. Onun sözlərinə görə, Respublikaçıların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri hər zaman normal olubdur: “Trampın birinci hakimiyyəti dövründə biz buna şahidi olmuşuq. Qeyd edim ki, Trampın birinci hakimiyyətinin son dövrlərində Azərbaycan 44 günlük müharibədə torpaqlarını Ermənistanın işğalından azad etdi və bu müharibədə prosesləri özünün