Etibar Məmmədov Arzuxan Əlizadəni təbrik edib
Etibar Məmmədov AMİP-nın Sədri , Milli Məclisin üzvü Arzuxan Əli-zadəni 60 illik yubileyi münasibətilə təbrik edib. Hörmətli, Arzuxan bəy! Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram! Siz hələ gənc yaşlarından Azadlıq və Müstəqillik uğrunda gedən mübarizədə fəal iştirak etməklə ömrünün böyük hissəsini xalqımıza, millətimizə və vətənimizə xidmətdə keçirmiş dəyərli insan, dəyərli istiqlalçısınız. Təşkilatçılığınız və insanlarla ünsiyyət bacarığınız sayəsində uzun illər ərzində partiyada rəhbərlik etdiyiniz bütün sahələrdə üzərinizə düşən vəzifəni layiqincə
Bakıya xuntaçılarla bağlı təzyiqlər İFLAS OLUR
Hərbi canilər “xristian girovlar” adlandırılaraq ABŞ liderindən kömək istənilir; Trampın “zəif yeri”ndən basılması hansı nəticələri verə bilər? Amerika xristian liderləri koalisiyası ABŞ prezidenti Donald Trampa məktub göndərib. Məktubda Tramp Bakıda “xristian girovları azad etməyə” kömək etməyə çağırılır. Bu barədə erməni mediası xəbər yayıb. Azərbaycana qarşı büsbütün şər-böhtandan ibarət müraciətdə sənəd müəllifləri guya “işgəncələr və davam edən sui-istifadə halları ilə bağlı etibarlı hesabatlara istinad edərək”, Trampın vəziyyəti həll etmək üçün unikal imkana malik olduğunu qeyd ediblər. Eyni zamanda ABŞ prezidentinə 2024-cü il oktyabrın 23-də Truth Social şəbəkəsində paylaşdığı
Afsəddin Nəbiyev: “Bakı Forumundakı müzakirələr BMT-nin gələcək taleyinin formalaşmasına yön verəcək”
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir. Furum çərçivəsində keçirilən müzakirələrdə BMT-nin buraxılması və ya buraxılmaması ilə bağlı maraqlı fikirlər səslənib. Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo isə hazırda çoxqütblü dünya haqqında danışıldığını vurğulayaraq deyib: “Çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini
Niderlanddan iki anti-Azərbaycan addım
Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Sənədə İrəvanda Ermənistan və Niderland xarici işlər nazirləri Ararat Mirzoyan və Kaspar Veldkamp imza atıb. “Ermənistan və Niderland Krallığı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Bu, həm simvolik, həm də məcburi olan yeni bir mərhələdir”, - Mirzoyan deyib. Maraqlıdır ki, martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monro-Vinteri və müdafiə məsələləri üzrə attaşe, polkovnik-leytenant Erik Van Vureni qəbul edib. Görüş zamanı Ermənistan və
“Naxçıvan Konstitusiyasında dəyişikliklər olacaqsa, ardınca Azərbaycan Respublikasının Konstitusiyasında da dəyişikliklərə gedilməlidir”
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, Naxçıvanda səlahiyyətli nümayəndəlik institutunun yaradılması da həyata keçiriləcək. Azərbaycanın Konstitusiyasında nümayəndəlik institutu məsələsi öz əksini tapmadığı üçün Naxçıvanda ediləcək dəyişikliyin ana qanunla ziddiyyət təşkil etdiyi bildirilir. Bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə də deyib ki, Naxçıvan Konstitusiyası Azərbaycan Konstitusiyasına uyğun olmalıdır: ““Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib, artıq bununla bağlı qərar
Partiyalar hazırda nə işlə məşğuldur? – SORĞU
Məlum olduğu kimi, yanvarın 29-da ölkəmizdə bələdiyyə seçkiləri baş tutdu. 2024-cü il isə Prezident və parlament seçkiləri ilə yadda qaldı. Əgər növbədənkənar seçkilər təşkil olunmasa, yaxın 4 ildə hər hansı seçkinin keçirilməsi nəzərdə tutulmur.Belə olan halda isə partiyaların yaxın bir neçə ildəki fəaliyyətləri gündəmə gəlir. Doğrudur, partiyaların işi təkcə seçkilərdən ibarət deyil. Ancaq istənilən halda seçkilər partiyaların fəaliyyətinin əsas istiqaməti hesab olunur.Görəsən, seçki keçirilməyən dövrdə partiyalar nə işlə məşğuldur?AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizim.Media-ya bildirib ki, partiya strukturlarını gələcək seçkilərə hazırlıqlara kökləməklə məşğuldurlar: “Partiya fəaliyyəti davamlı olaraq