AMİP-30
a

Sentyabr 2025

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Azərbaycanda ictimai nəqliyyatdan istifadə edən azyaşlılar və tələbələr üçün gediş haqqının yarısının, yəni 25 qəpik müəyyən edilməsi barədə təkliflərə münasibət bildirib. Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda beş yaşadək uşaqlar üçün ictimai nəqliyyatdan istifadə pulsuzdur. “Beş yaşadək məktəbəqədər hazırlığa və məktəbə gedən uşaqlar, eləcə də tələbələr üçün əlavə güzəştlər nəzərdə tutulması olduqca məqsədəmüvafiq olar. Bu, beynəlxalq təcrübədə də var. Dünya təcrübəsində belədir ki, həm məktəb yaşlı uşaqlar, həm də tələbələr üçün nəqliyyat istifadə məqsədilə aylıq və illik

İsraillə İran arasında 13-25 iyun tarixlərində baş verən “12 günlük müharibə”dən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, tərəflər arasında növbəti toqquşmanın olması ehtimalı hələ ki, qalır. Xüsusən də son günlər İsrail tərəfindən bu istiqamətdə müəyyən açıqlamaların verildiyinin şahidi oluruq. “Mossad”ın direktoru David Barnea bildirib ki, İsrail xüsusi xidməti İran daxilində və Tehranın mərkəzində güclü operativ imkanlara malikdir.O, qeyd edib ki, İran daxilində mövcud imkanları artırmaq və genişləndirməkdə davam edirlər:“Biz İranın daxilindən şəxsi ofislərdə baş verənlərə baxacağıq və təhlükəsizliyimizə zərər verə biləcək ideyaların inkişafına imkan verməyəcəyik”.Barnea İsrail

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasının yekununda jurnalistlərə açıqlamasında bildirib ki, dəhlizdən silah nəqli də mümkündür. O vurğulayıb ki, Bakı ilə qarşılıqlı razılıq əsasında istənilən layihə mümkündür: "Tramp yolu" (Zəngəzur dəhlizi) layihəsi üzrə bütün əməliyyatlar ölkələr arasında qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, bu marşrut üzrə silah-sursat nəqlindən də söhbət gedə bilər. Bu şərt hər iki ölkəyə aiddir. Biz qərara gəlsək ki, silahı Naxçıvandan Mehriyə və əks istiqamətdə daşımaq istəyirik, bu mövzuda danışıqlara başlayacağıq”. Belə məlum olur ki, Naxçıvanda yerləşən ordu birləşmələrimizi silah-sursatla təmin

“Quru sərhədləri ilə bağlı hər üç aydan bir qərar verilir və artıq uzun müddətdir ki, quru sərhədləri bağlıdır. Hər dəfə müddət bitənə yaxın bu məsələ növbəti dəfə gündəmə gəlir. Təbii ki, quru sərhədlərinin bağlı qalması müəyyən problemlər yaratmaqdadır, amma istənilən halda dövlət təhlükəsizliyi məsələləri hər şeydən öndədir”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, quru sərhədlərinin bağlı qalmasını vacib edən amillər aradan qaldırılmayıb: “Hazırkı dönəmdə xüsusən xarici təhdidlər var. Ona görə hesab etmirəm ki, 1 oktyabrda sərhədlər açılsın. Yəqin ki, sərhədlərin bağlı qalması

Bu il Azərbaycanda “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu münasibətlə ilin sonunadək amnistiyanın elan oluna biləcəyi barədə fikirlər yayılıb.  Qeyd edək ki, bu il Prezident İlham Əliyevin sərəncamı ilə 200-dən artıq məhkum əfv edilib. Əfvdən fərqli olaraq amnistiya Milli Məclis tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının XIII Qurultay ərəfəsində Nizamnaməyə uyğun olaraq son iclası keçirilib. Toplantını AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə açaraq ölkəmizdə elan olunmuş “Suverenlik və Konsultasiya İli” çərçivəsində 2023-cü ilin həmin günlərində həyata keçirilən antiterror tədbirlərinin əhəmiyyətinə dair geniş məruzə ilə çıxış edib. O, bu tədbirlərin Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndiyini xüsusi vurğulayıb. İclasda XIII Qurultaya hazırlıq prosesi, keçirilmiş hesabat-seçki konfranslarının nəticələri, Siyasi Şura üzvlərinin təklifləri və digər cari məsələlər ətraflı müzakirə olunub. Cari məsələlərin müzakirəsi

Ermənistanın qadınlardan ibarət ordu yaratmaq planları ortaya çıxıb. Məlumata görə, hazırda ordu rəhbərliyi bu məqsədlə böyük vəsait sərf edir və potensial yatırmağa çalışır. Paralel olaraq, Qərb ölkələrinin də təcrübəsi öyrənilir. İrəvanın bu planı regionda hərbi balansı dəyişə bilərmi? Azərbaycanda da qadınların orduya cəlb edilməsinə ehtiyac varmı? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, faktiki olaraq hazırda Ermənistanın peşəkar və davamlı ordusu yoxdur: “İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət və ardınca 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycanın keçirdiyi antiterror əməliyyatları nəticəsində erməni hərbi bölmələrinin böyük qismi zərərsizləşdirilib, qalanları isə silahlarını qoyaraq geri çəkilib. Əgər yeni ordu

şğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 55329 nəfər təşkil edib. Artıq Qarabağa və Şərqi Zəngəzura həyat qayıdıb. Məhz hazırki situasiya siyasi partiyaların da öz təşkilatlarını Qarabağ və Şərqi Zəngəzurda qurması məsələsini gündəmə gətirir. Bir sıra partiyalar gələn il üçün işlər planında bunu prioritet kimi qeyd edib. Modern.az mövzuya dair partiyalar arasında sorğu keçirib: AMİP-in sədri, deputat Arzuxan Əlizadə Laçın, Füzuli və Zəngilan təşkilatlarının yenidənqurulması, bərpası istiqamətində fəaliyyətlərinin davam etdiyini qeyd edib: “Məlumat üçün bildirim ki, bizim əvvəllərdə bir sıra işğal olunmuş ərazilər üzrə rayon təşkilatlarımız fəaliyyət göstərib. Sonradan fəaliyyətini davam etdirənlər